Sunday, 1 September 2013

Üst İnsan




1.Üst insanın seçilməsi.

Seçilmiş əsərlərini oxuduğum bir neçə yazarın həyatını oxuyurdum.Eynitipli və ya əks ortaq nöqtələr var onları birləşdirən.Həyatlarında önəmlio hadisələr var.Həddindən artıq önəmli.Dönüş ola biləcək qədər önəmli.Yadıma bu dini söz düşdü : ”Allah hər kəsə bir xüsusi qabiliyyət bəxş edib,bəziləri bundan istifadə edib,bəziləri isə bunu ortaya çıxarta bilməyib.”

Bu fikirlə razılaşmaq olar.Lakin təzadı da var,hər bir şeydə olduğu kimi.İlk öncə onu deyim ki,hər kəsin həyat və yaradıcılığı bir önəmli hadisəyə qədər standart həyatlardan nseçilmir. Ancaq müəyyən hadisənin cərəyan etməsi insanın həyatına 180 dərəcəlik bir dönüm yaradır,yüksəlməyə başlayır.Hətda bəziləri düşərək belə yüksəlirlər.Məsələn,məşhur bəstəkar Mozart.Adam kar olub.Ancaq dünya musiqi sənətinə əvəzolunmaz incilər verib.

Bu insanlar necə olur ki,müəyyən bir yaş həddinə qədər və ya dövrə qədər normal fəaliyyət göstərib.Daha sonra baş vermiş dəyişikliklərə və ya hadisədən sonra daha böyük qavram dəryaları üzə çıxır və yüksəlişə keçirlər? Həqiqətən heç kimin düşünməyə çalışmadığı,düşünmüş olsalar belə vurğulamadığı bir məsələdi.Bəlkədə mənasız bir məsələ hesab edilir.Sən adamın kitabını oxuyursan,nəyinə lazım ki,adam bu kitabı necə yazıb.Məncə lazımdı.Çünki sənin o kitabı oxuduğun zaman keçirdiyin hisslər və ya kitabı oxuduqdan sonra səndə yaranan düşüncələr həmin yazarın beyninin sənin beynivə hökmüdür.Sənin təkminləşməndə,düşünmə əhatənin böyüməsində çox böyük təsirə malikdir.SƏn onun o kitabı yazdığı zaman keçirdiyi hissləri bilməlisən ki,hansı şəraitin belə bir kitabı yazmağa şövq edəcəyinidə biləsən.
Hadisələr zamanı və ya ağır depresiyyalara düşən insan,yaxınını itirmiş və ya fiziki,əqli xəsarət almış insan.
Hadisənin qavram yönləri ilə bunun beynində formalaşdırdığı düşüncələr və həmin hadisənin beynindəki yeri təkmərkəzli düşüncə hücrələri yaradır.Bir fikrin bir neçə qavram olaraq təkminləşməsi.Düşünün,bunu bacara bilmək.Bir fikri bir neçə cürə və tam əks şəkildə analiz.Bunları bir-birindən ayırmaq.Tək-tək.Cümlə əsnansında rahat bir iş görünsədə bunu etmək həqiqətən böyük bir iradə və təmkin-seçicilik istəyir.Bunu edə bilmək həqiqətən Dahilik pilləsidir.Bu yaranmış düşüncə hüceyrələri həmin insanın keçmiş dünyasının ən zəif nöqtələrində yerləşərək,bu nöqtələrdən,güclənmiş zəifliklərdən beyinlərə nüfuz edir.Şedevr.İnqlot düşüncələrin məhvi.

Niə məhz hadisələr?bunu da deyim.Özünüzdən götürün.Normal bir cəmiyyətdə böyüyən insan.Adi və tipik insan.Bunları niə edə bilməz?Çünki monoton cərəyanlaşma yaranmış beyni bir yerdən sonra daha irəlini düşünməyə çalışmır.Çünki onu qavramır.Heç vaxtda o böyüklükdə bilinməzliyi beynində yerləşdirə bilməz.
Ancaq orasıda var ki,doğuşdan dahi doğulan insanlar.Balacalıqdan bəri gələcəyi məlum olan insanlar.Bu həqiqətən Tanrı vergisidir. Bunun paradoksu da odur ki,bu tip güclü insanlar yenə həmin ki kimi bir hadisə ilə üzləşdiyində həyatlarını və fəaliyyətlərini itirirlər.Depressiyanın yaratdığı Sentimentalist düşüncələr onların şaxəli düşüncə tərzini monotonlaşdırır.

 

Bunu da qeyd edim ki, seçilmiş insan olmaq üçün mütləq başınıza hadisə gəlməlidir.Xeyr!!! Daha çox düşünərək,fərqli yanaşaraq,fərdiləşərək,daha çox oxuyaraq,daha çox mədəniyyətləri tanıyaraq səndə özünü Seçilmiş edərsən.

 

İnsan,yorulmadan düşünən,boş fikirləri realizə edən,doğru fikirləri araşdırmaqdan qorxan,Özü üçün doğru bildiyindən dönməyən yaradılışdır...

Kirpi