Sunday, 27 April 2014

ƏLAMƏT


Biz Kramataryumdan*
(cəhənnəmdə insanların yanacağı soba) qorxmayan əsilzadələrik” deyərək qarşımdakının fikirlərini yayındırmağa çalışdım.Boşunamı idi? Bütün hər şey.Yoxsa səhvmi seçimim? Bombaları “atəşfəşanlıq” zənn edən uşaq toplumunun beyinlərinə təcavüzmü edirik? Buradakı mənzərəylə qarşılaşanda buranı xüsusi bir studiyo zənn etdim. Adətən RAP/HİP-Hop musiqi janrında olan kliplər belə yerlərdə çəkilir.Dağınıq uçuq binalarda.Musiqidəki aqressiya və üsyanı anlamaq və həzz almaq üçün daşlar önəmlidi.Kədər opponenti olacaq hər bir şey cəzb edir insanı.Bunun ilki Daşdı.Bildiyimiz daş.Pessimist ruhlu olmaq qanında var insanın.Mazaxist ruh!-Yaş dövrünün tələbi.Qələbə əzminin ruhu işğal etməsidi bu Daş sevgisi.Bilmədən qaz buraxmaq kimi,sistemsiz və dəxlisiz.Rahatlayır ama insan.Bunu birdə qeyri-adi reallığın təcəssümü zənn edirlər.Məzhəb və siyasi kuklaların yeni bir tamaşası çəkilir. Tamaşaya ad qoydum. Ciddi problem oradır ki,ortada insanlar məhv olur.Bəziləri istəyərək,bəziləri iş xətrinə,bəziləri də mənasızca.”Lumen Mundi”* (ağ işığı görmək) görmək arzusunda olan qardaşlıq mahnıları.Ancaq bilmirlər ki,pambıq dı o.
Biz özümüzü “Musalar”*
(xristianlığın ilk vaxtlarında qarşı olan tayfa)dan sayırıq.Bütün ideoloji və siyasi məzhəblərdən qurtulmuş və analiz etmişik.”Bierschwefel”*(PUB-larda danışılan söhbətlər)-lərdə humanizmdən dəm vuran,eynəklilər.Kütlənin içində Kütlə. “ən azlar”*(F.Nietzche’nin məhşur sözü.”kütlədən üstün mənasında)dan sayırıq özümüzü.Elm və Pivə arasında ağır həyat tərzi sürən biz insanlar.Təbii ki,içməyənlərimizdə var.var! Heç utanmırıq.Biz burada whiske,şərab,tequila içərkən onlar içməyə bir qurtum pivədə tapmırlar.Dünya buna biganə qalmamalıdı...
indi məsələ burdadır ki,paz kimi bir sual çıxır ortadan ki,ora haradır? Ancaq sualı daha dəqiq çatdırmaq üçün belə deyək.Bura haradır?Pompeymi?Yox daha betır bir yer.Pompeydə məlumdu hər şey.”Tanrının qəzəbi”!. Bəs “Tanrının Sevdiyi torpaqlar” olan bura axı niyə Pompeydi? Və ya Çernobıl ya da daha betər bir şey.Təbii ki, üzüldüyüm məqamlarda çoxdu.Burada sevişməyə yer tapmayan gənclər var.Bəlkədə cənnətdə belədi.İnandığın şey üçün çalışmaq.”Uğrunda öləcək qədər inanmalı tək şey yaşamaqdır”dedim.Burada əksinədi dedilər.Uğrunda öləcək qədər inanmalı tək şey Allahdır dedilər. Allahı ölümlə birləşdirdilər.Allah üçün ölmək? Bəs yaşamaq nəyə gərəklidi? Yaşayarkən Allahımı öldürdük?...Dedim “Qıl körpü” buradı.Sınaq,haqq-hesab günüdə buradadı.Peyğəmbərlərin göndərildiyi torpaqlar olduğunuda sayarsaq “Axirət Günü” burada olmalıdı.Ancaq Tanrını görmədim?! Tanrı gecikdimi? Ola bilər,insanlarda təkbaşına başlayıblar sorğu-suala.Cənnətin cəhənnəmə bu qədər yaxın olduğunu bilmirdim. Qızda olmadıqki, ikiyüzəlli mücahidlə yatıb çerez cənnətə gedək.Savab poinltərimiz yazılsın.Bildiyimə görə hər mücahitlə yatmaq otuz üç savab pointi edir.Ordakı qadınların əziyyətinidə nəzərə almaq və qiymətləndirmək lazımdı.Əziyyət çəkir,efor sərf eliyir.Onların sorğu sualda montaj videoları çox olacaq.Məncə Cəhənnəm Anqlafdı.Axirət günü burada başqa cürədi.Hər millətdən hər qövhümdən insanlar var.Canlı yayımda var,arada facebookda share eliyir,mücahid qardaşlar.izləyə bilərsiniz.Ölümün adiləşdiyi bir yer onsuzda cəhənnəmdir.Deməli sorğu cəhənəmdədir.”Cənnət Express” az sonra yola düşəcək... Burada ölmək “cənnətə getmək” deyil dedim. “İnandığımız üçün ölmək onsuzda cənnətdi bizimçün” dedilər... Paradoks var burda... düşündüm. “Kor hansımızıq?” Bura “Ağ atlı” qara bayraqlı prins axtaranlarda var... Onu gözlüyənlərdə.Onlar bizdən fərqli nə görürlər? Bizim görmədiyimiz nədi?Qorxumu onlarınki?Yoxsa şüursuzca idealist yanaşım.Yoxsa onlarada mı İndugensiya*
(cənnət qəbzləri) söz veriblər? Bunlar bir sıra uydurmalardı təbii ki.