Wednesday, 30 May 2012

Azadlıq Etirafı

Yazılarımda düzgün və səlis söz ardıcıllığı olmadığı məlumdu.Çünki qrammatikanı gecle bilmirəm və o qədər də çox fəlsəfi və ya elmi biliyim yoxdu.Yazı Yazarkən bir şey məni narahat edirdi həmişə "kimisə incitmərəmki bu yazımla?".Ancaq son zamanlarda belə şeyləri vecimə almadığımı hiss edirəm,küfür etməyim çoxalıb,insanlara qoz qoymama halları çoxalıb və düşüncəsizcə hərəkətlərim pik nöqtəyə çatıb,Bu məncə yaxşı haldı nə qədər də gec olsa bunu dərk etmişəm.Standart geyimli qaqaşlardan deyiləm.yaltaq və götədirəndə deyiləm.
qıraqdan insanlar baxır və məni sadəcə "GİC"adlandırırlar və ya etdiyim hərəkətləri "DÜŞÜKCƏ"hərəkətlər adlandırırlar.
Mən 2 aya yaxındı "Dalğa GH" na qoşulmuşam.əminəm ki azadlığımı tapmışam amma mənə çatmır ki mənim azad olmağım niyə başqalarını narahat edir???
İki cəmiyyət arasında qalmışam."Mentalitetperest Köhnə düşüncəli Qaqaşlar" və "Azadlıq tərəfdarı Gənclər"
Mən Müxaliftçi deyiləm.İqtidarda deyiləm.Mən Çevriliş eləmək istəmirəm.Mən həyatımı yaşamaq və istədkilərimi həyata keçirmək istəyirəm.Yaxınımda olan hər kəs məni elə bil məndən daha çox istiyir.Dalğa da siyasi işlərdə olduğumu belə düşünən var.
Mən Dalğa GH na üzv olduöum gündən "ictimai əlaqələr kordinatoruyam" yəni İdarə Heyətinin içindəyəm.
Bugünə kimi heç bir dövlət əleyhinə aksiyaya getməmişəm ya daki Müxalifətin əkeyhinə olmamışam.Mən Bitərəfəm və sadəcə qıraqda durmuşam.Getdiyimiz aksiyaların mahiyyətini bilmədən insanlar suçluyurlar məni.və mənə deyilən və məni bezdirən söz "sənəmi qalıb?" Bəli mənə qalıb.
Sənin başına hadisə gəlsə və heç kəs heçnə etməsə buna necə dayanarsan?!
Mən Dalğa da Azadlığımı tapdım.nə qədərki gəncəm Mən Dalğaçıyam ! Məni Yaltaqda adlandıra bilərsiz,məni satqında adlandıra bilərsiz və mən qədər özündən razı və dünya görüşümün geniş olduğunu zənn edən bir adam ora düşdükdən sora gördümki,mən danışsam ən azından qıraqdakı üçün maraqsız olar.olar.Çünki orda həqiqətəndə savadlı,dərrakəli gənclər var.Dalğa Mənasız insanların yeri deyil.
M.Ə.Rəsulzadənin dediyi Azadlıqı mən "DALĞA" da tapdım.çox sağol Rasim məni gətirdiyin üçün.
Özünə qür duy falan :) çox sağolun ... öpürəm :*

No comments:

Post a Comment