Friday, 16 August 2013

Fikirlərin Təkamülü (Note)



-Bəzən düşünürəm ki,fikirlər cəmiyyəti formalaşdırır,bəzənsə əksinə cəmiyyət fikirləri..cox vaxt isə ümumiyyətlə bu haqda düşünmürəm..
     İsbatsız,əsassız fərziyyələrə görə Tanrı insanı yaratdı.Sonra isə fantastik olaraq Həvva yarandı..və onların övladlari...sonra isə deyilənə görə onlardan yeni insanlar formalaşdı.Fikirləşən insan olaraq həmişə məni bu sual maraqlandırır..Necə oldu ki yeni nəsilər yarandı,kimdən törədi,2 oğlu olan bir ailə necə oldu ki yeni nəsillərə baslangıc oldu?...Dinə zidd olmayan hecbir şəraitdə bun mümkün deyil..Bu cəmiyyətdə bu sualın cavabı ilə maraqlanan tək mənəm görəsən?Bu hansısa keçmiş dar düşüncəli savadsız cəmiyyət üçün bəlkə də inandırıcı bir nağıldi..Amma inkisafin son hüdudlarına çatmış beyinlər üçün nə dərəcədə məntiqlidi..?fikirləşməyə tənbəllik...ya da sadəcə qorxu..qəbul etmək..hər nə isə..
     Digər tərəfdən elmlə insanın yaradılışı..nəhayət şüurlu canlı insan yarandi..Birhüceyrəlilərdən başlayaraq uzun təkamül yolu keçmiş canlılar nəhayət insan nəslinə başlanğıc verdi...ŞÜÜURLU VARLIQ İNSAN YARANDI..DÜŞÜNMƏ QABİLİYYƏTİ OLAN İNSAN..FİKİRLƏŞMƏYİ BACARAN..İnsan nə qədər istifadə etdi şüurdan ?özünə həyat qurana qədər..amma düşünməyi unutdu..sabitləşdi..monotonlaşdi...
     Həmişə soruşurlar niyə Avropada yaşamaq istəyirsən?Sadəcə fikir azadlığina görə..Cəmiyyətin mentalitet adı verdiyi  boş beyinlərin  nizamnaməsinden qurtulmaq üçün...genclerin beyinlərinin eyni fikirlərlə dolduran.şsabit düşüncəli fərdlər yaradan,düşünmə qabiliyyətini yox edən insanlar..cəmiyyətdən qurtulmaq üçün..fərqli düşündüyü üçün cəmiyyətdən təcrid olunaraq özün günahlandıran,intihara qədər gedib çıxan gənclərdən biri olmamaq üçün...

    Xeyal etdiyim cəmiyyət birgün yaranacaq..herkes oz fikrini ifade etmeyi bacaracaq...serbestliyin dozasini,xosbextliyi gorecek..ey insanlar sadece dusunun...biraz dusunun..xosbəxt olmaq əlinizdədi..sərhədləri yıIXIN..özunuz olun..özunuzu fesf edin..istediyinixz kimi davranin...heyat sizindir şexsidir..deyerlendirin..ozunuzu tapin...fikirlesin cenablar))


davamini yazacam))daha dar cercivelerde)

Tuesday, 6 August 2013

-Kirpilogiya(Zərdüştün yolu ilə...)



 

Köhnə qələmləri qırdıq.yenilərini yaratdıq.Beynimiz və düşüncəmizlə.Ümumuiyyətlə Yeni yaxşıdı.Çünki təsəvvür yoxdu,Naməlumdu.Naməlum şey hər zaman maraqlı olur.Müddətli olsa belə,adaptasiya olunub,cəmiyyətə qarışanadək xeyli zaman keçir.Buda həmin naməlumum yüksəlişidi.İctimaiyyətdə qarşılanmasının mənfi və ya müsbət xarakterizə olmasından asılı olmayaraq,daha çox cəzb edicidir.Hərçənd mənfi emosiyalar belə yaratsa ən azından şüuraltında bu şeyin mövcudluğu azda da olsa yer alır.

1.Ümumi qınaq mənbəyi olan ünsürlər,fikirin mənfiliyini və həmin fikir sahibinə mənfiliyi nəzərə alsa daha çox maraqlıdır.hər kəs üçün mənfi fikirlər yönləndirən insan cəzb edicidir.Qınaq mənbəyi olan insan cəmiyyətdə daha üst pillələrə qalxır. 3 qeyri insan bu ünsür haqqında danışdıqda,məlumatsız 4-cü insan üçün bu insanı araşdırmaq və bioqrafiyasını öyrənmək istəyi yaranır.Məlumdur ki,bir insanın ismini tez tez eşitdiyinizdə,həmin insanın adı beyinin müəyyən sinir mərkəzlərində iliib qalır.Araşdırmaq imkanı olsuqda isə bu insanı yaxından  tanımaq istəyi formalaşır.Bu da anti reklamın həmin qınaq mənbəyi üçün reklamı olur.Müəyyən zaman dövrüyəsindən sonra eynitipli qınaq mənbələri beyində monotonlaşma yaradır və bu insana rəğbəti artırır.Əgər bir insan sənin qınaq mərkəzindən xaricə çıxa bilmişsə artıq o insan səndən öndədir.Bunu insan özüdə hiss edir.
 2.Su içdikdən və ya siqaret çəkdikdən sonra və ya daha yaxşı yazı yazdıqdan sonra özümü şedevr bir insan kimi hiss eliyrəm.daha doğrusu zənn edirəm.Hər zaman yuxulu gözlərlə baxıram sətirlərdə yazdığım illegal cümlələrə.Fikrimi çatdırmaq istədiyim zənn olunan yaradıcı güc məni öz ağuşunda aparır.Maddi rifah , əxlaqi müsbət görünüş,gözəl danışıq düşüncə tərzində zəiflilik olanların “yüksək insan” pilləsidir.Necəki Yüksək insan anlayışının məhvi elə bu saydıqlarımın mövcudluğundan sonra məhv olursa,cəmiyyətin və bizə öyrədilənlərin “BOŞLUQ”u əslində doğru olmayanın bəzədilmiş,üzərinə kraska sürtülmüş bir təcəssümü kimi böyük bir yalan çeşməsindən insanlığın üzərinə tökülür.Bu fikir teoloqların qəbul edə bilməyəcəyi fikirdir.Onlar əslində hər şeyin bir səhvdən başladığını belə anlamaq istəmirlər.Yazılmış və işarə edilmiş mövcud reallıqların formalaşmış cəmiyyətə yeni bir termin kimi gətirmək idarə etmə zəncirinin qırılması və şübhələrin formalaşması nəzərindən çox təhlükləidir.Əgər bir yerdə zəncirdə qırılma olsa bunun davamı da olacaqdır.Qırılan zənciri paslanmış,keyfiyyətsiz adlandırsan belə sənin bir parçan olan zəncirin uzun illər boyu sənə dayaq olduqdan sonra səndən imtina etməsi sənin düşüncənin sonunun yaxın olduğunu göstərir.
3.Çox uzun zamandı bu mental fikirlərin əksinə çıxdığım üçün cəmiyyətin qınaq obyektinə çevrildiyimi və daha çox olan cəmiyyət fikirli insanlarda uzaq düşdüyümü görürəm.Teoloq düşüncəli mental ünsürlərin mənə qarşı olan antipatiyaları mənim cəmiyyətdə yerimin daralmasına gətirib çıxartdı.Tək anlamadığım şey odur ki, cəmiyyət eynitipli və uzunillərdir dəyişilməyən bu təkyönümlülükdən necə olur ki hələ də bezmir.Bu necə bir ideoloji yeritmədir ki,insanlar ondan imtina etmirlər.Cavabı məncə çox sadədi.Qorxu! Formalaşmamış və dərk edilməmiş bir nümunədən götürülən qorxu seçimləri anlayışın qıt olduğu cəmiyyət üçün sadəcə üzdən xoş görünüşü və ondan imtinanın əksinin daha böyük fəsadlara gətirəcəyini inanırlar.Fikir paradokslarının yaranmaması üçün müdafiə sistemləri yenə və sadəcə olaraq qorxunun böyüdülməsidir.
4.Bənzətmə etmək istədiyim yağış mövzusu bu fikirlərin “azad insan”a zidd olmasını göstərəcək.
Dövran edən su kütlələri kimi insan da dövran edib və edəcəkdir.Yeni nəsil yaranacaq,böyüyəcək və məhv olacaqdır.Sonra başqa bir nəsil yaranacaqdır.onlarda öz atalarının yolu ilə davam edəcəkdir.Fərqi olmadan eynitip və eyni təkyönümlü düşüncəylə həyatlarına son veriləcəkdir.Bu cəmiyyəti yağışa banzətməyimin səbəbi də odur.Düşün.Yağış yağdığı zaman torpaqa verdiyi xeyirdən bixəbər sadəcə olaraq real yanaşmada su kütlələrinin buludlardan boşalması kimi başa düşülür.Ancaq yağış torpağa verdiyi xeyiri və nə qədər dəyərli olduğunu anlasa idi məncə daha fərqli olardı hər şey.İnsan da belədi.Doğulduğu zaman cəmiyyətin eynitip kütlələrində formalaşır və boş yerə öz dəyərini anlamadan məhv olur.Ancaq o da öz dəyərini anlasa və nəsildən nəsilə keçən bu dardüşüncəli mentalitetin onlara verdiyi zərərdən xəbəri olsa məncə hər şey daha fərqli olar.Sizcə yağışla “tipik”insanın arasında fərq varmı?