Köhnə qələmləri qırdıq.yenilərini yaratdıq.Beynimiz
və düşüncəmizlə.Ümumuiyyətlə Yeni yaxşıdı.Çünki təsəvvür yoxdu,Naməlumdu.Naməlum
şey hər zaman maraqlı olur.Müddətli olsa belə,adaptasiya olunub,cəmiyyətə
qarışanadək xeyli zaman keçir.Buda həmin naməlumum yüksəlişidi.İctimaiyyətdə
qarşılanmasının mənfi və ya müsbət xarakterizə olmasından asılı olmayaraq,daha
çox cəzb edicidir.Hərçənd mənfi emosiyalar belə yaratsa ən azından şüuraltında
bu şeyin mövcudluğu azda da olsa yer alır.
1.Ümumi qınaq mənbəyi olan ünsürlər,fikirin mənfiliyini və həmin fikir sahibinə mənfiliyi nəzərə alsa daha çox maraqlıdır.hər kəs üçün mənfi fikirlər yönləndirən insan cəzb edicidir.Qınaq mənbəyi olan insan cəmiyyətdə daha üst pillələrə qalxır. 3 qeyri insan bu ünsür haqqında danışdıqda,məlumatsız 4-cü insan üçün bu insanı araşdırmaq və bioqrafiyasını öyrənmək istəyi yaranır.Məlumdur ki,bir insanın ismini tez tez eşitdiyinizdə,həmin insanın adı beyinin müəyyən sinir mərkəzlərində iliib qalır.Araşdırmaq imkanı olsuqda isə bu insanı yaxından tanımaq istəyi formalaşır.Bu da anti reklamın həmin qınaq mənbəyi üçün reklamı olur.Müəyyən zaman dövrüyəsindən sonra eynitipli qınaq mənbələri beyində monotonlaşma yaradır və bu insana rəğbəti artırır.Əgər bir insan sənin qınaq mərkəzindən xaricə çıxa bilmişsə artıq o insan səndən öndədir.Bunu insan özüdə hiss edir.
2.Su içdikdən və ya siqaret çəkdikdən sonra və
ya daha yaxşı yazı yazdıqdan sonra özümü şedevr bir insan kimi hiss eliyrəm.daha
doğrusu zənn edirəm.Hər zaman yuxulu gözlərlə baxıram sətirlərdə yazdığım
illegal cümlələrə.Fikrimi çatdırmaq istədiyim zənn olunan yaradıcı güc məni öz
ağuşunda aparır.Maddi rifah , əxlaqi müsbət görünüş,gözəl danışıq düşüncə tərzində
zəiflilik olanların “yüksək insan” pilləsidir.Necəki Yüksək insan anlayışının məhvi
elə bu saydıqlarımın mövcudluğundan sonra məhv olursa,cəmiyyətin və bizə öyrədilənlərin
“BOŞLUQ”u əslində doğru olmayanın bəzədilmiş,üzərinə kraska sürtülmüş bir təcəssümü
kimi böyük bir yalan çeşməsindən insanlığın üzərinə tökülür.Bu fikir
teoloqların qəbul edə bilməyəcəyi fikirdir.Onlar əslində hər şeyin bir səhvdən
başladığını belə anlamaq istəmirlər.Yazılmış və işarə edilmiş mövcud
reallıqların formalaşmış cəmiyyətə yeni bir termin kimi gətirmək idarə etmə zəncirinin
qırılması və şübhələrin formalaşması nəzərindən çox təhlükləidir.Əgər bir yerdə
zəncirdə qırılma olsa bunun davamı da olacaqdır.Qırılan zənciri
paslanmış,keyfiyyətsiz adlandırsan belə sənin bir parçan olan zəncirin uzun illər
boyu sənə dayaq olduqdan sonra səndən imtina etməsi sənin düşüncənin sonunun
yaxın olduğunu göstərir.
3.Çox uzun
zamandı bu mental fikirlərin əksinə çıxdığım üçün cəmiyyətin qınaq obyektinə
çevrildiyimi və daha çox olan cəmiyyət fikirli insanlarda uzaq düşdüyümü görürəm.Teoloq
düşüncəli mental ünsürlərin mənə qarşı olan antipatiyaları mənim cəmiyyətdə
yerimin daralmasına gətirib çıxartdı.Tək anlamadığım şey odur ki, cəmiyyət
eynitipli və uzunillərdir dəyişilməyən bu təkyönümlülükdən necə olur ki hələ də
bezmir.Bu necə bir ideoloji yeritmədir ki,insanlar ondan imtina etmirlər.Cavabı
məncə çox sadədi.Qorxu! Formalaşmamış və dərk edilməmiş bir nümunədən götürülən
qorxu seçimləri anlayışın qıt olduğu cəmiyyət üçün sadəcə üzdən xoş görünüşü və
ondan imtinanın əksinin daha böyük fəsadlara gətirəcəyini inanırlar.Fikir
paradokslarının yaranmaması üçün müdafiə sistemləri yenə və sadəcə olaraq
qorxunun böyüdülməsidir.
4.Bənzətmə
etmək istədiyim yağış mövzusu bu fikirlərin “azad insan”a zidd olmasını göstərəcək.
Dövran edən su kütlələri kimi insan da dövran edib və edəcəkdir.Yeni nəsil yaranacaq,böyüyəcək və məhv olacaqdır.Sonra başqa bir nəsil yaranacaqdır.onlarda öz atalarının yolu ilə davam edəcəkdir.Fərqi olmadan eynitip və eyni təkyönümlü düşüncəylə həyatlarına son veriləcəkdir.Bu cəmiyyəti yağışa banzətməyimin səbəbi də odur.Düşün.Yağış yağdığı zaman torpaqa verdiyi xeyirdən bixəbər sadəcə olaraq real yanaşmada su kütlələrinin buludlardan boşalması kimi başa düşülür.Ancaq yağış torpağa verdiyi xeyiri və nə qədər dəyərli olduğunu anlasa idi məncə daha fərqli olardı hər şey.İnsan da belədi.Doğulduğu zaman cəmiyyətin eynitip kütlələrində formalaşır və boş yerə öz dəyərini anlamadan məhv olur.Ancaq o da öz dəyərini anlasa və nəsildən nəsilə keçən bu dardüşüncəli mentalitetin onlara verdiyi zərərdən xəbəri olsa məncə hər şey daha fərqli olar.Sizcə yağışla “tipik”insanın arasında fərq varmı?

No comments:
Post a Comment