Sunday, 27 April 2014

ƏLAMƏT


Biz Kramataryumdan*
(cəhənnəmdə insanların yanacağı soba) qorxmayan əsilzadələrik” deyərək qarşımdakının fikirlərini yayındırmağa çalışdım.Boşunamı idi? Bütün hər şey.Yoxsa səhvmi seçimim? Bombaları “atəşfəşanlıq” zənn edən uşaq toplumunun beyinlərinə təcavüzmü edirik? Buradakı mənzərəylə qarşılaşanda buranı xüsusi bir studiyo zənn etdim. Adətən RAP/HİP-Hop musiqi janrında olan kliplər belə yerlərdə çəkilir.Dağınıq uçuq binalarda.Musiqidəki aqressiya və üsyanı anlamaq və həzz almaq üçün daşlar önəmlidi.Kədər opponenti olacaq hər bir şey cəzb edir insanı.Bunun ilki Daşdı.Bildiyimiz daş.Pessimist ruhlu olmaq qanında var insanın.Mazaxist ruh!-Yaş dövrünün tələbi.Qələbə əzminin ruhu işğal etməsidi bu Daş sevgisi.Bilmədən qaz buraxmaq kimi,sistemsiz və dəxlisiz.Rahatlayır ama insan.Bunu birdə qeyri-adi reallığın təcəssümü zənn edirlər.Məzhəb və siyasi kuklaların yeni bir tamaşası çəkilir. Tamaşaya ad qoydum. Ciddi problem oradır ki,ortada insanlar məhv olur.Bəziləri istəyərək,bəziləri iş xətrinə,bəziləri də mənasızca.”Lumen Mundi”* (ağ işığı görmək) görmək arzusunda olan qardaşlıq mahnıları.Ancaq bilmirlər ki,pambıq dı o.
Biz özümüzü “Musalar”*
(xristianlığın ilk vaxtlarında qarşı olan tayfa)dan sayırıq.Bütün ideoloji və siyasi məzhəblərdən qurtulmuş və analiz etmişik.”Bierschwefel”*(PUB-larda danışılan söhbətlər)-lərdə humanizmdən dəm vuran,eynəklilər.Kütlənin içində Kütlə. “ən azlar”*(F.Nietzche’nin məhşur sözü.”kütlədən üstün mənasında)dan sayırıq özümüzü.Elm və Pivə arasında ağır həyat tərzi sürən biz insanlar.Təbii ki,içməyənlərimizdə var.var! Heç utanmırıq.Biz burada whiske,şərab,tequila içərkən onlar içməyə bir qurtum pivədə tapmırlar.Dünya buna biganə qalmamalıdı...
indi məsələ burdadır ki,paz kimi bir sual çıxır ortadan ki,ora haradır? Ancaq sualı daha dəqiq çatdırmaq üçün belə deyək.Bura haradır?Pompeymi?Yox daha betır bir yer.Pompeydə məlumdu hər şey.”Tanrının qəzəbi”!. Bəs “Tanrının Sevdiyi torpaqlar” olan bura axı niyə Pompeydi? Və ya Çernobıl ya da daha betər bir şey.Təbii ki, üzüldüyüm məqamlarda çoxdu.Burada sevişməyə yer tapmayan gənclər var.Bəlkədə cənnətdə belədi.İnandığın şey üçün çalışmaq.”Uğrunda öləcək qədər inanmalı tək şey yaşamaqdır”dedim.Burada əksinədi dedilər.Uğrunda öləcək qədər inanmalı tək şey Allahdır dedilər. Allahı ölümlə birləşdirdilər.Allah üçün ölmək? Bəs yaşamaq nəyə gərəklidi? Yaşayarkən Allahımı öldürdük?...Dedim “Qıl körpü” buradı.Sınaq,haqq-hesab günüdə buradadı.Peyğəmbərlərin göndərildiyi torpaqlar olduğunuda sayarsaq “Axirət Günü” burada olmalıdı.Ancaq Tanrını görmədim?! Tanrı gecikdimi? Ola bilər,insanlarda təkbaşına başlayıblar sorğu-suala.Cənnətin cəhənnəmə bu qədər yaxın olduğunu bilmirdim. Qızda olmadıqki, ikiyüzəlli mücahidlə yatıb çerez cənnətə gedək.Savab poinltərimiz yazılsın.Bildiyimə görə hər mücahitlə yatmaq otuz üç savab pointi edir.Ordakı qadınların əziyyətinidə nəzərə almaq və qiymətləndirmək lazımdı.Əziyyət çəkir,efor sərf eliyir.Onların sorğu sualda montaj videoları çox olacaq.Məncə Cəhənnəm Anqlafdı.Axirət günü burada başqa cürədi.Hər millətdən hər qövhümdən insanlar var.Canlı yayımda var,arada facebookda share eliyir,mücahid qardaşlar.izləyə bilərsiniz.Ölümün adiləşdiyi bir yer onsuzda cəhənnəmdir.Deməli sorğu cəhənəmdədir.”Cənnət Express” az sonra yola düşəcək... Burada ölmək “cənnətə getmək” deyil dedim. “İnandığımız üçün ölmək onsuzda cənnətdi bizimçün” dedilər... Paradoks var burda... düşündüm. “Kor hansımızıq?” Bura “Ağ atlı” qara bayraqlı prins axtaranlarda var... Onu gözlüyənlərdə.Onlar bizdən fərqli nə görürlər? Bizim görmədiyimiz nədi?Qorxumu onlarınki?Yoxsa şüursuzca idealist yanaşım.Yoxsa onlarada mı İndugensiya*
(cənnət qəbzləri) söz veriblər? Bunlar bir sıra uydurmalardı təbii ki.

Wednesday, 22 January 2014

Mənim Rəqsim

Uzun bir kəndir.asılqanlı dünyada yellədir məni külək.Yağışın hərarəti və göydə rəqs edən mələklər.Mənimçündü bu rəqs.Mənə məxsus.Tənha kəslərin birgə ifası.Yorğun gözlərdən süzülən sevgi şirələri.Mənasız olmayacaq qədər əsaslı bir nizam.Yağışın hiss edilişi üşüyərək,donaraq,ağlayaraq...Olacaq müsibətlərin xəbərçisi olan bu rəqs.İnsanların başının üstünü alan qara buludlar.Buludların arasında bir işıq.Mənim rəqsim.Məxsusluq hissimin ən çox hiss etdiyim o anlar.Yerimək yox,bəlkədə uçaraq getmək...Bütün şeirlərdəki kimi...Xəyalının ardınca.Orda səni gözləyəni tapmaq arzusu ilə boşluğa buraxmaq özünü.İndi də eşidirəm o melodiyanı...Mənim hərarətimin,sevgimin melodiyası...görmək istəyirəm o anı.Eşitiyim melodiya kimi doğru olduğunu bilmək.Piano səsi qədər məlahətli.Görürəm...cücərtilər.ordadılar.Rəqsimlə açan çiçəklər ordadı.Külək də qoşulub rəqsimə...Bütün dünya rəqsimdə iştirak edir.... Çiçəklərin arasında,torpaqdan qalxan isti buxar...Susuz torpaqlara məlhəmdi mənim rəqsim.Buxar belə su olmaq istəmir.Mələklərimə daha yaxın olub baxmaq istəyir rəqsimə.Ətraflarını sarıb,içinə girərək hiss etmək istəyir rəqsimi.Nirvanaya yüksəlmək bu olsa gərək.Rəqqasələrim mələklər.Rəqs edir Dünyam...Melodiya yağış və külək.Yenə də dönməyə davam edirlər.Sufilər deyil onlar..Gülürlər üzümə.Bax ordadılar.Yum gözlərini bəy,hiss et səsi...Gülücük bəxş et insanlara.Aşiqanə ifadələr söylə dostum,qorxmadan hər şeyi hayqır.Bağııır.... O dayanıb yerində səni gözləyir.Yaxınlaş ona , Qaçma  ondan.əksinə üstünə doğru qaç...Tut əlindən ,sarıl ona,buraxma...Gözyaşlarına bax.Bəlkədə tək gərçək həqiqətdi o gördüyün.Çünki hisslər gizlənməz,dostum. Üfüqdən günəşdə baxır bizə,qoşulmaq istəyir rəqsimə...Yaxınlaşmır...Qorxur.Öz işıqı ilə bu gözəl auranı pozmaqdan...Göyqurşağı Sevgi səddi yaradır ətrafında...Yarpaqlarda qopmaq istəyir ağaclarından...Hər bir canlı rəqsimi istəyir... Budur artıq qalxırlar daha da yuxarılara...Ölümsüz və əbədi rəqsə...Davam edir hər zaman.Heç dayanmadan...Məni gözləyirlər.O rəqsə qovuşacağım günə...Məndə gözləyirəm...Cənnətdə belə vəd olunmayanı görməyə...Hurilərdən daha ehtirasverici sevgi rəqsi...Heç bir kitabda yazılmayan... "Vis ü Ramin" kimi heç bilinməyən bir sevgi... Bax belə... Sizi Sevirəm gözlərim...

Note:
Bu yazı "Yazı Melodiyası" adlı yazıların ilkidi...
İlk seçdiyim mahnı...əslində ən sevdiyim mahnı.Həm melodi həmdə ifa olaraq... Alper Ayyıldız - KÜstah Yağmurlar oldu.. Melodiyası Caro Fibonacci yə məxsusdu.
O mahnını eşidərkən düşündüyüm hər şeyi həm yazdım həmdə rəsimlə göstərməyə çalışdım.
Ardııı var.....

http://www.youtube.com/watch?v=rcvSuCmQc9Y <<< O mahnı.

Thursday, 9 January 2014

"O" "Kəslər" (infmitum)

Latıncadan alınma sözlər kimidir bəzi kəslər.Hekayədə tutduğu yer gözəldir...Mənasıda dərin,lakin təklikdə heç bir məna ifadə etmiyəcəq qədər yalnızdır bir dil kimi.Ətrafındakıları da bezdirir o dərin psixolojik həyatı.Anlamazlar onu yuxu gəlir gözündən,bilməzlər keçmişini və həyatını.Yorğun gözləri bezmişdir onun surətindən.Əxlaqsız və ehtiras düşkünü olanlardan zənn olunar,bi kitab kimidirlər.Bir Quran kimi...Hər kəs avazla oxuyar ürəyinə yayıldığını söyləyər ama heç kim bilməz nə deyildiyini.Kafir ilə Mömin arasında bir sərhəd kimi o dar körpüdən atdılar bütün ümidlərini,yolxucu bir xəstəlik kimi yayıldı...Ancaq şəkər kimi yavaş-yavaş öldürüdü o kəsləri.Dışlanmış həyatlarda bir cüt eynək taxmaq gərək o kəslərə.İdrak qanunlarının mükəmməliyini anlamaları üçün bir işıq salaq beyinlərinə.Gülmələri üçün təbəssüm bəxş edək o kəslərə.Dışlanmış həyatlarına çəkilmiş divarları aşaq,qurduqları imkanları imkanlaşdıraq...Sevgi bəxş edək onlara... Ürəklə sevilən sevgilərdən.O geydirmə hekayə sevgiləri kimi yox...Poxa aşiq bir ağcaqanad sevgisindən,hansı ki gərçək olan o sevgidən.Doğruluğu göstərək...Doğru yola çəkək.Öz inandıqlarımıza deyil,o kəslərin inandıqları yola.Bizim qəbul edə bilməyəcəymiz həyat belə olsa bağışlayaq və dəstək olaq.Yuxularına girək...Qaranlıq küçələrdən alıb,işıqlı mərkəz küçələrində gəzdirək yuxularını.Soyuq küləklərdən qorunmaları üçün isti qalın paltar verək.İylənmiş paltarlarını yuyaq,bir valideyn kimi bəxtəvər kəslərdən olmalarına dua edək.Fərqi yoxdu yaradana onlar üçün dua edək...Dionisin şərəfinə onlar üçün badə qaldıraq.Şərab içək onlarla məst olaq,bir olaq.Bir addımlayaq...işə CV verək,iş tapsınlar.Dövlət qəbuluna sənəd versinlər.Sabunluq etsinlər.onsizdakı Dove sabun deyil nəmləndiricidi.Xiyar pamidor əkmələri üçün parnik yaradaq onlara,sora 2 pamidor və bir xiyardan gic-gic şeylər şəkillər düzəldib Facebooka qoysunlar.Qız tutsunlar,sevişsinlər,içsinlər..qussunlar.Xeyir əməl edib cənnətə getsinlər,orda huriləri tapsınlar.Günahsız şərabdan qurtumlayaraq Hurilərlə sevişsinlər.Cənnətən qovulsunlar babaları Adəm kimi..Cəhənnəmə olsunlar.Cəhənnəmdə bir zibil kimi atılsınlar artıqlardan...Boşluqda qalsınlar siqarət çəksinlər...axtarsınlar...Xöşbəxtliklərini tapsınlar...Xöşbəxtliklərini....


Həyat kimi  "bilinməz" olan o kəslərdən... Sevgilərlə ...