Thursday, 9 January 2014

"O" "Kəslər" (infmitum)

Latıncadan alınma sözlər kimidir bəzi kəslər.Hekayədə tutduğu yer gözəldir...Mənasıda dərin,lakin təklikdə heç bir məna ifadə etmiyəcəq qədər yalnızdır bir dil kimi.Ətrafındakıları da bezdirir o dərin psixolojik həyatı.Anlamazlar onu yuxu gəlir gözündən,bilməzlər keçmişini və həyatını.Yorğun gözləri bezmişdir onun surətindən.Əxlaqsız və ehtiras düşkünü olanlardan zənn olunar,bi kitab kimidirlər.Bir Quran kimi...Hər kəs avazla oxuyar ürəyinə yayıldığını söyləyər ama heç kim bilməz nə deyildiyini.Kafir ilə Mömin arasında bir sərhəd kimi o dar körpüdən atdılar bütün ümidlərini,yolxucu bir xəstəlik kimi yayıldı...Ancaq şəkər kimi yavaş-yavaş öldürüdü o kəsləri.Dışlanmış həyatlarda bir cüt eynək taxmaq gərək o kəslərə.İdrak qanunlarının mükəmməliyini anlamaları üçün bir işıq salaq beyinlərinə.Gülmələri üçün təbəssüm bəxş edək o kəslərə.Dışlanmış həyatlarına çəkilmiş divarları aşaq,qurduqları imkanları imkanlaşdıraq...Sevgi bəxş edək onlara... Ürəklə sevilən sevgilərdən.O geydirmə hekayə sevgiləri kimi yox...Poxa aşiq bir ağcaqanad sevgisindən,hansı ki gərçək olan o sevgidən.Doğruluğu göstərək...Doğru yola çəkək.Öz inandıqlarımıza deyil,o kəslərin inandıqları yola.Bizim qəbul edə bilməyəcəymiz həyat belə olsa bağışlayaq və dəstək olaq.Yuxularına girək...Qaranlıq küçələrdən alıb,işıqlı mərkəz küçələrində gəzdirək yuxularını.Soyuq küləklərdən qorunmaları üçün isti qalın paltar verək.İylənmiş paltarlarını yuyaq,bir valideyn kimi bəxtəvər kəslərdən olmalarına dua edək.Fərqi yoxdu yaradana onlar üçün dua edək...Dionisin şərəfinə onlar üçün badə qaldıraq.Şərab içək onlarla məst olaq,bir olaq.Bir addımlayaq...işə CV verək,iş tapsınlar.Dövlət qəbuluna sənəd versinlər.Sabunluq etsinlər.onsizdakı Dove sabun deyil nəmləndiricidi.Xiyar pamidor əkmələri üçün parnik yaradaq onlara,sora 2 pamidor və bir xiyardan gic-gic şeylər şəkillər düzəldib Facebooka qoysunlar.Qız tutsunlar,sevişsinlər,içsinlər..qussunlar.Xeyir əməl edib cənnətə getsinlər,orda huriləri tapsınlar.Günahsız şərabdan qurtumlayaraq Hurilərlə sevişsinlər.Cənnətən qovulsunlar babaları Adəm kimi..Cəhənnəmə olsunlar.Cəhənnəmdə bir zibil kimi atılsınlar artıqlardan...Boşluqda qalsınlar siqarət çəksinlər...axtarsınlar...Xöşbəxtliklərini tapsınlar...Xöşbəxtliklərini....


Həyat kimi  "bilinməz" olan o kəslərdən... Sevgilərlə ...

No comments:

Post a Comment