Monday, 16 July 2012

Xoşbəxtlik (1 insan)

Əllərini açdı.Gözündən yaş gəlirdi.Kədər və qorxu onu tanınmaz bir hala salmışdı.Ətrafına baxdı... Məsciddə ondan başqa 2 nəfər daha var idi. Sakitcə sözlərinə başladı...
-Allahım,sən məni sevmirsən...Bu sözü demək o qədər çətindir ki,ama deməkdən qorxmuram artıq.Çünki itirəcək bir şeyim qalmıyıb.Əlimdən hər şeyimi aldın.İndi deyəcəklərki bunların hamısı sınaqdı.Allah çox sevdiyi bəndələri belə sınaq edir.Mən artıq buna da inanmıram.Allah sevdiyi bəndəsinin əlindən xoşbəxtliyi almaqla onu hansı cür bir sınağa çəkir.axı deyilmirmi ki,o biri dünyada sizin bədənləriniz yox ruhunuz olacaq.Ruh axı hiss etmir.Mən necə xoşbəxtliyi hiss edəcəm?
Mən indi sənin mənimçün verdiyin bəxş etdiyinbu həyatı yaşıyram.əgər buna yaşamaq deyirlərsə.
Sən sevdiyimi aldın əlimdən.Sən balacalıqdan xoşbəxtliyimi aldın əlimdən.Sən Ana bətnində olarkən mənim qədərmi belə yazdın.axı o vaxt mən heç doğulmamışdım?bir hüceyrəyə niə bu qədər ağır həyat yüklədin?Mən sənə məni belə həyata düçar edəcək neyləmişdim?
Səni sevirdim.yadındadı?balacalıqdan əl açıb sənə yalvarırdım.
-ALLAHım mənə xoşbəxtliyi ver.
Ama böyüdükcə gördüm ki xoşbəxtliyim çüzi bir şeydi.və Sonludu !
Günahlarım var idi...bilirəm.ama 10 yaşlı uşaq hər gün (fələq,qulfallah,nəs və fatihə) bu 4 surəni yatamışdan qabaq oxuyub yatrdı ki,ALLAHı onu daha çox sevsin...
Mən səndən pul,var-dövlət istəməmişdimki?! Sadəcə xoşbəxtlik istəmişdim...Sən bunu mənə çox gördün ey ALLAHım
Zaman keçdi...Ya mən Öldüm.Yada sən Məni sildin...

Sən.... ey ALLAH....yenədə çox sağol...

Sözlərini dedi.Ayağa qalxdı.Gözündəki yaşda qurumuşdu.Əsasına söykəndi.Cibindəki şərab şüşəsini çıxartdı və Mesciddə qışqırdı :
-Buda sənin şərəfinə ALLAHım...mənə bu əlimdəki xoşbəxtliyi verdiyin üçün ...
Şərabı içdi...və getdi...

(məni bağışlayın)

Tuesday, 10 July 2012

Lənətə Gəlmiş Müqəddəslər

Bəzi insanlar hər şeyi "Din"də axtarırlar...
Hər şeyi "Din"də axtaranlar - Dünaynın yaranmasından başlıyaraq,demək olarki hər şeyi Dinlə əlaqələndirirlər.Çox dayaz düşünmə qabiliyyətlərinə malikdirlər.Onlarla söhbət etmək və onlarla bir mövzuda fikir   yürütmək qeyri mümkündü.Bütün söhbətlərinin sonu Allahdır.Elmi mövzuda diskussiya imkansızdır.Cəhd belə etməyin.Həddindən artıq agressivdirlər.Sizin düşüncələrivizə və ya sizə "Alçaq" gözüylə baxa bilərlər.Heç qorxmadan sizi "Kafir" adlandırarlar... amma...
-Həmin bu insanlar bilmirlərki onların Allahsızlıqla ilk tanışlıqları 6cı sinifdə olub.İlk Coğrafiya dərsliklərindəki "Kant və Laplas Nəzəriyyələri" ateizm(Allahsızlıq) lə bağlıdır.Onların "Big Bang(Böyük partlayış)" nəzəriyyəsidir.
Bir müsəlmandan soruşdum:
-Allah hər kəsi bütün bəndələrini sevirmi??
-Hə
-Bəs onda sizin deyiminizlə Allah öz yaratdığı yəhudi xalqını niyə "lənətlənmiş" adlandırıb?
-Onlar yollarını azıblar!
-Bəs yeni dünyaya gələn və ya 3-4 yaşındakı yəhudi bir uşaq niyə lənətlənmiş olmalıdır?axı onun nə günahı var.
-...
Allah hər kəsi eyni cürə sevirsə onda niyə bucür təzadlar var? Daha doğrusu Dinimizdə...
Niyə görə "şəriət qanunu" adı altında insanlara işkəncə verir.Onları kranlarda asıb şəhərlərdə gəzdirirlər? Bu hansı dində var axı? Qurani-Kərimdə yazılımıyıb ki "Allahın verdiyi canı ondan başqa heç kim ala bilməz!"
Bəs bu təzad deyildə nədi?
7 yaşlı uşaq ac olduğu üçün "çörək oğurlayıb" deyə həmin körpənin qolunu kəsmək nədi? hansı dindi? hansı şəriətdi?
Bir video görmüşdüm... "Aşura günü zamanı 5 aylıq bir körpənin başını qılıncla bir balaca kəsirlər.Uşağın göz yaşları dayanmır.Heç tənziflə sarımırlarda.Deyirlər : "Qoy axsın,Savabdı!" Axı bu necə insanlıqdı axı.Necə ola bilər ki "humanist din"də bucur qaydalar olsun !
Bu aralar hər kəs müqəddəsdir.Bütün ziyarətlər.
Uşağım Universitetə girsin "filan" ziyarətə nəzir verəcəm.Uşağın oxumasın,avara-avara gəzsin.Ziyarət olur istəyir orda yatanda dirilsə o Uşaq Universitetə girmiyəcək.
Ağrayan yerlərini daşlara sürtənlər var.Bu hansı psixologiyaya uyğundu?hansı düçüncə tərzinə uyğundu?
Daş sürtməklə insanın ağrıları sağalar...
Nəzir qutusuna pul atmaqla sənin duaların keçər? Bəyəm Allaha rüşvət vermək deyil bu?
O pulu ora atmaqdansa bir kasıba əl tutmaq,bir ac insanı doyuzdurmaq daha yaxşı olmaz?
İnsanlar batıl inanclardansa niyə reallıqlara can atmırlar?
İndi bunların cavabını siz verin...
Ola bilərki mən çox şeyi hələ tam dərk etmirəm amma insan gördüyü reallığa inanarda.düz deyil?
Nəzərinizə çatdırımki mən "Ateist" deyiləm !

Sunday, 8 July 2012

Boşluq

Səhər gözlərimi açdım və ətrafa baxdım.Gecə çox içdiyim üçün ağzımda xoşagəlməz qoxu və bəlğəm var idi.
oyandıqdan sonra ilk iş saata baxdım.Gecikirdim... saat 01:40
Ama hara gecikdiyimi bilmirdim.Sadəcə istədiyim tək şy yataqdan qalxmaq idi.Əslində durmaq da istəmirdim.Havaya baxdım həmişəki kimi günəşli pis bir hava.Göydə tək bulud yox.Hirsləndim.Bugünümündə sıxıcı olacağını düşündüm.Yanılmırdım...Yemək yedim və küçəyə çıxdım.Hər kəs öz işinin dalınca.Bir neçə ərgəndə qız dalınca gedir.Məndə onlardan araməsafəsi buraqmaq şərti ilə izləməyə başladım.Mənə Lazım olan yerə çatdım.Durdum.
Əlimdəki siqaretdən bir qullam alın yerə atdım.Üz üzə gəlmək qorxusunu hiss etməmək üçün qaçdım.
Bu arada Hava tutulurdu.Narın yağış damcılamaya başladı...
Elə bu anda bu mənasız yazı bitdi.