Tuesday, 10 July 2012

Lənətə Gəlmiş Müqəddəslər

Bəzi insanlar hər şeyi "Din"də axtarırlar...
Hər şeyi "Din"də axtaranlar - Dünaynın yaranmasından başlıyaraq,demək olarki hər şeyi Dinlə əlaqələndirirlər.Çox dayaz düşünmə qabiliyyətlərinə malikdirlər.Onlarla söhbət etmək və onlarla bir mövzuda fikir   yürütmək qeyri mümkündü.Bütün söhbətlərinin sonu Allahdır.Elmi mövzuda diskussiya imkansızdır.Cəhd belə etməyin.Həddindən artıq agressivdirlər.Sizin düşüncələrivizə və ya sizə "Alçaq" gözüylə baxa bilərlər.Heç qorxmadan sizi "Kafir" adlandırarlar... amma...
-Həmin bu insanlar bilmirlərki onların Allahsızlıqla ilk tanışlıqları 6cı sinifdə olub.İlk Coğrafiya dərsliklərindəki "Kant və Laplas Nəzəriyyələri" ateizm(Allahsızlıq) lə bağlıdır.Onların "Big Bang(Böyük partlayış)" nəzəriyyəsidir.
Bir müsəlmandan soruşdum:
-Allah hər kəsi bütün bəndələrini sevirmi??
-Hə
-Bəs onda sizin deyiminizlə Allah öz yaratdığı yəhudi xalqını niyə "lənətlənmiş" adlandırıb?
-Onlar yollarını azıblar!
-Bəs yeni dünyaya gələn və ya 3-4 yaşındakı yəhudi bir uşaq niyə lənətlənmiş olmalıdır?axı onun nə günahı var.
-...
Allah hər kəsi eyni cürə sevirsə onda niyə bucür təzadlar var? Daha doğrusu Dinimizdə...
Niyə görə "şəriət qanunu" adı altında insanlara işkəncə verir.Onları kranlarda asıb şəhərlərdə gəzdirirlər? Bu hansı dində var axı? Qurani-Kərimdə yazılımıyıb ki "Allahın verdiyi canı ondan başqa heç kim ala bilməz!"
Bəs bu təzad deyildə nədi?
7 yaşlı uşaq ac olduğu üçün "çörək oğurlayıb" deyə həmin körpənin qolunu kəsmək nədi? hansı dindi? hansı şəriətdi?
Bir video görmüşdüm... "Aşura günü zamanı 5 aylıq bir körpənin başını qılıncla bir balaca kəsirlər.Uşağın göz yaşları dayanmır.Heç tənziflə sarımırlarda.Deyirlər : "Qoy axsın,Savabdı!" Axı bu necə insanlıqdı axı.Necə ola bilər ki "humanist din"də bucur qaydalar olsun !
Bu aralar hər kəs müqəddəsdir.Bütün ziyarətlər.
Uşağım Universitetə girsin "filan" ziyarətə nəzir verəcəm.Uşağın oxumasın,avara-avara gəzsin.Ziyarət olur istəyir orda yatanda dirilsə o Uşaq Universitetə girmiyəcək.
Ağrayan yerlərini daşlara sürtənlər var.Bu hansı psixologiyaya uyğundu?hansı düçüncə tərzinə uyğundu?
Daş sürtməklə insanın ağrıları sağalar...
Nəzir qutusuna pul atmaqla sənin duaların keçər? Bəyəm Allaha rüşvət vermək deyil bu?
O pulu ora atmaqdansa bir kasıba əl tutmaq,bir ac insanı doyuzdurmaq daha yaxşı olmaz?
İnsanlar batıl inanclardansa niyə reallıqlara can atmırlar?
İndi bunların cavabını siz verin...
Ola bilərki mən çox şeyi hələ tam dərk etmirəm amma insan gördüyü reallığa inanarda.düz deyil?
Nəzərinizə çatdırımki mən "Ateist" deyiləm !

2 comments:

  1. ALLAHin salam olsun sizlere ey baci qardawlarim )...salami da ALLAHla bagladim,bir iwqali yoxduki??)))))))
    hormetli muellif,sizin bu fikriniz dunyani derinden derk etmeye caliwan insanin fikridi.cox gozel fikirdi.ALLAH yardimcin olsun,cumlemizin....
    Islam Muhemmed eleyhissalamin getirdiyi dindi.buna etiqad etmeye erkani din yeni dinin ruknlari ve esaslari deyilir.erkani din 2-dir,
    usuliddin yeni dinin koku
    firuuddin yeenin dinin budaqlari
    iman usuliddin-le bawlayir.yeni usuliddine iman getirmeyen insana yuxaridaki meseleler tebii ki aydin olmayacaq.sidq urekden size bildirirem ki,sizin bu suallarinizin cavabini bilirem.ozum dindaram,amma gunahsiz xetasizda deyilem.).
    Usuliddin 5 di
    1) tovhid-ALLAH birdir ve weriki yoxdur
    birdir,tekdi.ondan bawqa kimse hec ne xelq ede bilmez.sizce big bang oz ozunden olub,eger olubsa )
    niye axi bawqa quvveler,yeni meselen cazibe quvvesi kimi quvve axtaririq ki
    fakt butun quvveler ONUN iradesindedi
    2)nubuvvet-yeni Adem eleyhisselam 1ci peygemberdir,Muhemmed s.e.s. sonuncudu.ve onlarin arasinda olanlar da heqqdi.
    3)miad-yeni ikinci defe dirilmek ve qiyametdeki meseleler heqqdi
    4)edl-edalet,yeni ALLAH kimsenin haqqinda zulm reva bilmez.
    5)imamet-yeni peygemberimizden sonra hezret Eli ve on bir ovladi heqqdi

    bu 5 esasa baxanda sizin butun suallarin cavabini gormek olar.sadece iman ve inamla baxmaq lazimdi.
    Maraqlisi budur ki,kimse deyib ki,meselen neptun planeti var ve meselen onun 5 peyki var,hami buna inanir.amma bu inamin ona ne xeyri var deye bir suali ortaya cixaranda,o deqiqe:ne daniwirsiz bu elmdi,filandi besmekandi.amma ALLAHi sevmey elmine hemin insanlar elm demirler.inanin ki,gulmeyim gelir .....
    Inanmagim gelmir ki siz bu movzunu ajiotaj yaratmaqcun ortaya qoymusuz.
    cunki bu,movzuya gore cox besit olardi....

    bilmeyiniz yaxwidiki,ALLAH buyurdu;men bir gizli xezine idim istedim meni tanisinlar....ve her bir yaradiliwi var eledi.
    Butun insanlarin ruhun yaratdi.
    Hamisini alemi zerr deyilen bir yede topladi.butun ruhlari.
    Ve sual eledi ki,kim bizim dediylerimizi edecey,haqq yolla gedecey,yari hisse razilawdi yari yox.sonra razilawanlara yene eyni suali verdi,onlarinda yarisi razilawdi,yarisi yox,yenede razilawan hisseye eyni suali verdi,yene de 2ye ayrildilar,ve s,ve ilaxir.gorundiyu kimi esl inananlar cox azdi....
    Yehudiler.
    Dimek olarki butun peygemberler israil ovladlaridi.yeni,bu israil ovladlarina ALLAHin verdiyi nemetdi,hormetdi,izzetdi..
    Hec kim lenetle dogulmur,insan heyat terzi ile leneti qzana bilir.
    Heddi buluga catmamiw hec kes lenet dawimir.yehudilerin bir gunde 70 peygemberi helak etmelerini duymuwdunuzmu???onlarin inanmayanlari cox qeddarliq,zalimliq,kafirlik edibler,niye belelerinin terflerini tuturlar???

    ReplyDelete
  2. Cox movzuya toxundunuz, ama men birine fikir bildireceyem.
    Uşaq heddi-buluq cagina çatmadan ona sual-cavab yoxdu, daha doğrusu onun aqibeti yalniz ALLAHa aiddir ki, kimse birsoz deye bilmez.
    O ki, qaldi lenetlenmek meselesine. Zalimin qarşisinda deyil de yaninda olan zalimla eynidir. Uşaq boyuduyu zaman onlardan biri kimi yola davam etse, o da onlarladir, yox eger haqq yolunu tapsa veya daha da azsa, xeyri ve ziyani ozunedir.

    Bezi hadislerde buyurulur ki, axir zamanda Hz Mehdi @ zuhur edib, atalarinin yani, imamlarin qisasini onlardan alacaq. Sual verirler ki, axi imamlara ezab eden zalimlar o vaxti yaşayib ve ölübler?!

    Cavabi az onceki meseledir. Zalimin yaninda olan zalimla eynidir. Zalimlarin indiki davamcilari oz atalarinin emelleri ile fexr ederler, ona gore zalimlardan sayilirlar, bas kesmekle, adam yandirmaqla islam adi altinda ad cixardiblar. Ama elbette bu nesilden olub da dogru yola yonelen kimseler olubsa onlar başqadirlar

    ReplyDelete