Monday, 16 July 2012

Xoşbəxtlik (1 insan)

Əllərini açdı.Gözündən yaş gəlirdi.Kədər və qorxu onu tanınmaz bir hala salmışdı.Ətrafına baxdı... Məsciddə ondan başqa 2 nəfər daha var idi. Sakitcə sözlərinə başladı...
-Allahım,sən məni sevmirsən...Bu sözü demək o qədər çətindir ki,ama deməkdən qorxmuram artıq.Çünki itirəcək bir şeyim qalmıyıb.Əlimdən hər şeyimi aldın.İndi deyəcəklərki bunların hamısı sınaqdı.Allah çox sevdiyi bəndələri belə sınaq edir.Mən artıq buna da inanmıram.Allah sevdiyi bəndəsinin əlindən xoşbəxtliyi almaqla onu hansı cür bir sınağa çəkir.axı deyilmirmi ki,o biri dünyada sizin bədənləriniz yox ruhunuz olacaq.Ruh axı hiss etmir.Mən necə xoşbəxtliyi hiss edəcəm?
Mən indi sənin mənimçün verdiyin bəxş etdiyinbu həyatı yaşıyram.əgər buna yaşamaq deyirlərsə.
Sən sevdiyimi aldın əlimdən.Sən balacalıqdan xoşbəxtliyimi aldın əlimdən.Sən Ana bətnində olarkən mənim qədərmi belə yazdın.axı o vaxt mən heç doğulmamışdım?bir hüceyrəyə niə bu qədər ağır həyat yüklədin?Mən sənə məni belə həyata düçar edəcək neyləmişdim?
Səni sevirdim.yadındadı?balacalıqdan əl açıb sənə yalvarırdım.
-ALLAHım mənə xoşbəxtliyi ver.
Ama böyüdükcə gördüm ki xoşbəxtliyim çüzi bir şeydi.və Sonludu !
Günahlarım var idi...bilirəm.ama 10 yaşlı uşaq hər gün (fələq,qulfallah,nəs və fatihə) bu 4 surəni yatamışdan qabaq oxuyub yatrdı ki,ALLAHı onu daha çox sevsin...
Mən səndən pul,var-dövlət istəməmişdimki?! Sadəcə xoşbəxtlik istəmişdim...Sən bunu mənə çox gördün ey ALLAHım
Zaman keçdi...Ya mən Öldüm.Yada sən Məni sildin...

Sən.... ey ALLAH....yenədə çox sağol...

Sözlərini dedi.Ayağa qalxdı.Gözündəki yaşda qurumuşdu.Əsasına söykəndi.Cibindəki şərab şüşəsini çıxartdı və Mesciddə qışqırdı :
-Buda sənin şərəfinə ALLAHım...mənə bu əlimdəki xoşbəxtliyi verdiyin üçün ...
Şərabı içdi...və getdi...

(məni bağışlayın)

No comments:

Post a Comment