Wednesday, 12 June 2013

Jevol

ilk İnsan dünyaya gəldi,sadəcə bir odundan heç bir fərqi yox idi...
Daha sonra Sevgini yaratdı Allah. Daha düzgün yaşaması üçün...
Sizə sahib olmaq istəklərinizin bəhrəsini görməyinizi istəyirəm dedi.Mənim verdiklərimlə Qovuşun dedi...Sizi də dəvət edirəm...
İlk öncə anlamadı insan.Sevmək nə idi???Bu nədi??
Sonra hisslər yarandı,qarmaşıq və qəliz.İnsan anlamağa çalışdı.Yenə anlamadı...
Sonra Qəlb yarandı.Bununla sev dedi...Sevgini bunda gizlət dedilər,paylaşma...İnsan yenə anlamadı
Sonra Gözlər yarandı. Bax dedi bununla sevginə,yadında saxla,Unutma...İnsan yenə anlamadı...
Sonra Əllər yarandı.Bununla tut dedi onu,istiliyini hiss et...İnsan yenə anlamadı.
Sonra Dodaqlar yarandı.Bununla öp dedi onu,hisslərin aydınlaşsın,ehtirasının sənə aid olduğunu anlasın...İnsan yenə anlamadı...
Ən Sonda Beyin yarandı...Bununla qavra dedi,Xəyalını qur... İnsan yenə anlamadı...

Vaxt keçdi...İnsan kamilləşdi.Həyat və yaradılışın önəmini hiss etdikdən sonra qarşısında yaranan sualların cavablarını tapmaq üçün çalışmağa başladı.Artıq yavaş yavaş anlayırdı.
Bir gün yenə qarşısına "Sevgi" çıxdı.
Düşündü..
Əslində bilməsi gərəkən nə idi???
İnsan Sevgisini Hisslərlə göstərməli,anlaşılmaz dildə,bəlkə bir az əxlaqsız görünər,görünsüz.heç düşünmə.Əxlaqsız ol.ama bildir sevgini.Hər kəsin Sevgi anlayışı bir deyil axı...
Beyniylə xəyalını qurmalı,Əlləri ilə tutduğunda gözləri ona baxmalı,bu anda sadəcə susmalı,dodaqlar danışmalı,ehtirasını və sevgisini hiss etdirməli...Qəlb bu atəşdən yanmalı...İnanmalı,Qorumalı.
İnsan necə oldu ki anlamışdı "Sevgi"ni??!! Axı nə dəyişmişdi???!!

O gün insan hər şeyi anladı... Çünki bugün o birini "Sevmiş"di.Adını verə bilmədiyi hisslərinin adı "Sevgi" idi...
İnsan Yaşamalı...Yaşamalı...Sevərək Yaşamalı... deyərək Bağırdı !!!


Tuesday, 4 June 2013

Terapiya


-Sev,Sevgi yox Sevinmək yox tam fərqli olmalı,yox əbədiyyət kimi ismi unutulmamalı bəlkədə unutmulmalı,özününki olması üçün sadəcə sənin olmalı,hə sadəcə mənim olmalı niə başqaları da bilsinki,onlar axmaq və ağılsız istəkləri ilə mi mənim fikrimi anlayacaqlar?Bəlkə onlara bir neçə fikir dedim,onlarda anlasınlar,ya anlamazlarsa?çox da vecimə.Günah onlarındı.Həqiqətən cəmiyyət insanı niə kütləşdirir?Niə düşünmürlər,əbədi gözəllik və xülyalara dalmırlar,özlərinə bir dünya yaratmırlar?çoxu da savadsızdı,düzdü? Neyləyə bilərəm axı? Hansı ataya və anaya oğlunu sürü dalınca göndərmə dərsə göndər deyə bilərəm?Və ya hansı valideynə qızınıza cehizə pul yığınca həmin pulu təhsilinə verin deyə.Onsuzda anlamıyacaqlar.məişət şəraiti edir bunları.O zəhləmi tökən məişət mövzuları,keçimsizlik.İnsan niə təbiətə möhtac olsunki?Bizki ən uca yaradılışıq.Deməli Təbiət və Həyat bizdən daha ucadı.Ən qəribəsi də odu ki o da bizə möhtacdı.Qarşılıqlı sevgi demək budu.Biz ondan asılıyıq,o da bizdən.Ən böyük paradoksdan doğan sevgi.vauu.Gözəl bənzətmə.Mən bunlara hardan gəldim?Özümdən olsa fərqli bir “Sevgi”teması düşünürdüm.Leyli və Məcnun və ya “Romeo və Julliet”dən oğurlanmış və eyni dəstixətt lə gedən sonunda ya xoşbəxtlik əksər vaxtsa dram olan bir sevgi teması yox.Fərqli,düçünülməmiş.Heç bir yerdə toxunulmamış.Yəqin ki var.Olmalı.O şairlər kimi gic gic harmonik cümlələr yox. İlk sətirlərini oxudugunda ayaqyolundan burnuva vuran o iyrənc sidik iyi kimi beynivi bürüyəcək bir Sevgi.Soruşdum.Yoxdu deyirlər.Bəlkədə olub,soruşduğum insan dindar idi.Fərqli sevgi...
Yatanda taxtın arasına bir başqa balınc daha qoy.ağzından gələn pis qoxu onun burnuna getməsin.Bax belə sev.Ona ən xırda bir zərər verəcəyindən qorx.Onu tiksindirəcəyindən.Ya da ki yorğunsa yanında yatma.Qoy rahatca yerində gərnəşib yatsın.Narahat etmə. İllada rahat yatmalı deyə də bir şey yox.Əslində rahatlığın sevgiylə qarşılıqlı əlaqəsi belə varmı?varsa da nədi?bunları bilmək vacibdi.Yorğun vaxtı ehtirasın minimuma düşdüyünü nəzərə alsaq deməli var.Ancaq ümumiləşmiş sevgi temalarını xatırlasaq heç də əlaqəsi yoxdu.Etiraf da elədi.Bir insana içini tökmək,ruhunu sərbəst buraxmaq anlayışı verir.Ağzından çıxan heç bir kəlməyə əhəmiyyət verməzsən sadəcə ruhun və beynin danışar.Qarşındakının səninçün yeri nədi onun etiraf da əhəmiyyəti böyükdü.Qarşındakına qarşı “ciddi” fikirlər bəsləyirsənsə etiraf etməyinində bir mənası yoxdu.Etsən belə effekti olmayacaq.Çünki sözlərinə sərhəd qoyacaqsan.Bu səndən asılı olmasa belə fikirlərində həmişə bir “vergül” və qeyri səmimi innotasiya yaradacaqsan.Belə bir etirafdansa Mevlana dan bir sevgi şeiri oxumağın daha təsirli olacaq.Əgər qarşındakın ilə “səmimi”sənsə sərhədlər qalxacaq,hələki qarşındakı kompleksiz biri isə,sərhədsiz və cümlələrdə boşluq yaranmayacaq qədər gözəl sevgi etirafı ola bilər.Etiraf, “şəxsi həyatın müqəddəsliyi” prinsipinə uyğun gəlməsədə məncə bir insana edilən etidaf toplu etirafdan daha yaxşıdı.Necəki bir qızla yatdığın zaman sadəcə ikiniz bilirsiz.Bu da sadəcə ikinizin bir birinə etirafı kimi də düşünülə bilər.Əgər gedib bunu global bir mövzu kimi ətrafınızda nəql etməsəniz sizin həmin münasibətdən aldığınız xoşbəxtlik sizin üçün ömür boyu sürən bir xoşbəxtlik kimidə həyatızında iz buraxacaq.Gözəl və gözəl xatirələr...İnsanın yaşatan sadəcə gözəllikdi.Buda təzadlı mövzudu.Pis hadisələrdən də keyif alan insanlar var.Eşitmişəm.Həmdə görmüşəm.İnsan sadəcə gözəllik həvəskarı olmamalı.Çünki daha sonra çirkinlik gördüyün zaman bütün o gözəl və saf təbiət,dünya anlayışının tualetə atılması kimi bi şeydi.Və qoxu...Pis qoxu isə o tualetin sifonunun çəkilməsidi.Onsuzda mənim pis qoxuya qarşı alergiyam var.Dayana bilmirəm.Qusuram.Bir şeydən mənə görə pis qoxu gəlirsə burnum heç cürə o qoxunu beynimdə adiləşdirə bilmir.Uzun müddət o qoxulu mühitdə qalsam yəqin ki nəfəsim kəsilər.Qoxu gözəl olmalı.Sevgi hissi duyduğun insanın qoxusu məsələn.O qoxunun fərqini hiss etmək dünyalara bərabərdi.Eyni isimli qoxunu fərqli qızlar vursun.Və sən hər iki qızla da yat.Qoxu eyni Bədən fərqli.Ancaq o özünəməxsusluq var e.o əvəzedilməzdi.Burnunda hər zaman o qoxu qalıcı olur.Burun tüklərinə belə ilişmir.Müqəddəsləşir burnunda.Səcdəgahı olur.Birdə var ki ən pis və nikbin olan qoxunu itirmək.Qoxunu hiss etməmək.Bu ölümdü?Məncə yox sadəcə ölümə bərabərdi.Yaşayan ölüm kimi bi şeydi.Bir düşün sevgilinin dodağndakı o qoxunu hiss etməmək və ya sinəsini öpdüyün zaman hərarətli ehtirası hiss etməmək.Təbii ki heç kimə belə bir tragediya arzulamıram.Qorxuda vardır.İtirmək,Çata bilməmək qorxusu yox.Sevgi qorxusu.Ona istədiyini verə bilməməyin qorxusu bu daha pisdi.Qarşındakına istədiyini verə bilməmək.Heç düşündünüzmü?Buda sevginin ölməzliyinəz ziyandı.Əslində bu təbiətdə var olan hər şey həm ziyandı həmdə xeyirdi.bu həyat kimi paradoksdu.Sonu və başlanğıcı bilinmir.Düz xətdi.Kefləndiyin zaman insanlarnan zarafatlaşmaq,ələ salmaq,öpmək,qucaqlamaq,dalaşmağınız,barışmanız hər şey...bu həyat bizə nə İsa dan nə Musa dan qalıb.Bu həyat bizə İnsandan qalıb,bizdə insanlara həvalə edəcəyik.Mən sizə məktəb kitablarından danışmıram ee.Gözəlləşən təbiət,çoşqun çaylar,həmişəyaşıl ağaclardan yox.Həyatın hər iki üzündən.Bunu durubda 2-ci sinif uşağına danışsam mənə sadəcə mal kimi baxar.Onu dərin bir bilinməzliyə atar.Bəlkədə anlamaz.Ağlayar.Məncə ən başdan başlayarkən belə həyatın bütün mümkün olan,ən azından ağlına gələn,yaddaşında qalan hər cürə variantından gənc insanı xəbərdar etməlisən.bunu yaşayaraq özünün tapması onu dərin bir çuxura atmaq daha sonra nazik kəndirlə yuxarı çıxıb çıxa bilməyəcəyini gözləməkdən ibarətdi.Elə burda başlayır insanın yol ayrımı.Ya çıxa bilməzsə?Sən gördüyün həyat çətinliklərini niə gənc insan görsünki?Xəbərdar et,bi şey et.Buraxma.Yaşamasına icazə ver.Sənin kimi düşübdə daha sonra yeni çuxurdan çıxdığını və həyatda hər şeyi gördüyünü zənn etdiyində başqa çuxura düşməsin.Monotonlaşmasın.Fərdiləşməsinə icazə ver.Qoy sevsin,Sevilsin.Öpüşsün,Yatsın,Əylənsin,Kitab oxusun.Oynasın.Soyunsun.Mane olma.Qoy Hər şeyi dadsın.Daha sonra o getmək istədiyi yolu tapdığında digər məşğuliyyətlərdən onsuzda soyuyacaq.Beynində reallaşdırdığı arzuları,xəyalları onun xəttini çəkəcək.Sən çəkmə.Sən Allahsanmı?Yox! Onda!?
Az qalsın unudurdum,bidə ölüm var.Ölüm deyəndə ki,cismani yox oluş,ürəyinin və beyninin durması.İndi durubda sizə İlahi qüvvəyə qovuşmaq,cənnətlə müşdələnmək,cəhənnəm əzabını dadmaqdan danışmayacam.Çünki bunlar bir neçə uyduruk fikirdən başqa bir şey deyil.sadəcə yaradana inanmaq bizə yetər.Elə deyil?Ölümdən heç kim qorxmaz,ama heç kimdə istəməz.Onsuzda insanın ölüm haqqında heç bir təsəvvürü belə yoxdur.Heç mənimdə yoxdu.Ancaq o ki qaldı o ölümü hiss etmək,onda insan hər şeyin fəda verəcək qədər həyata bağlanar.bu da acizliyimiz.buda qorxularımızdı.Əslində ölüm ən böyük qorxumuzdu.Qorxmadığımız qorxumuz. Bütün bunlar “insan”ındı....
Hazırladı: İmam Bəy Zərdüşt (Kirpi)
Anlamadı : Cəmiyyət
Mal kimi baxdı : Ərgənlər

Monday, 3 June 2013

Fiolena (Sonun Başlanğıca etirafı)


(Sondan Başlanğıca sözlər)

Onun istədiyi sadəcə xöşbəxtlik idi...

Sevinirdi,çünki ürəyi daha tez-tez döyünürdü.Gülmək,həyatı sevməyə başlamışdı.Sanki yenidən həyata gəlmiş,ölümsüzlük şərbətindən içmiş və mümkünsüzlük anlayışını silmişdi.Ruhu sakitləşirdi,anlamaq və anlamamaq,bəzənlə başlayan cümlələr olmayacaqdı artıq həyatında.Sirrini paylaşmırdı,qorxurdu,yenədə qorxur.Başqa cürə fikirləşirdi.Daha fərqli daha təmiz.Məqsətsiz yanaşma və sözlə etiraflar etmək istəmirdi.Pozitiv bir enerjisi vardı.İnsana həyat bəxş edir ”Gülüşü” deyirdi.Gözəl və sadəcə gözəlliklə bağlı düşünürdü.İylənmiş sətirlərdə buraxmışdı köhnə fikirləri.Dəyişilməyə qərar vermişdi.Yeni bir başlanğıc adlandırırdı.Yeni bir həyat adlandırırdı... Onun adı “Fiolena” idi. Beyni ilə sevməyi,ürəyi ilə hiss etmək istəyirdi...Bəlkədə bu onun sonu olacaqdı.

Bütün sevgi hekayələri eynidir demiş dahilər.Eyni dəstxətt,eyni tipik cümlə oyunları,gözəl sözlərlə bəzədilmiş innotasiyalı qafiyə və bir biri ilə harmoniya təşkil edən Cümlələr...Hər kəs yazdığını ideal götürülməsinə çalışmışdı.Sevgini anlatmaq üçün yazmaqdan daha çox hiss etməyi unutmuşdular ama.Fiolena dan yazmaq mənim hisslərimlə rəqs kimidi.Gözəl rəqsə bənzəyir “Fiolena”,onun haqqında düşünmək belə insanın içindəki ülvi qığılcımları alova atır.Sevgi etirafı deyil Fiolena.Sevginin özüdür.Ölüm və yaşamın müdrikliyi ,hər kəs “Fiolena” sevgi arzusudur.lənətlənmiş müqəddəslərin öz iyrənc qəlbləri ilə yaratdığı geniş cümləli dua kimi səslənirdi sevgi hekayələri.Hər kəs yaradılış olaraq bir şeyin sevgisini görmək istəyir.Hər kəsin bir sevgisi vardır.Sevgi dediyim,qızla arandakı münasibətlərin sosiallaşması kimi nəzərdə tutulmasın.Fərqli hisslərlə yanaş bu sözə.Fərqli bax.Baxış bucağını dəyişdir.Dəli kimi bax.Ağıllı beyində sual çox olur.Rahatla.Ürəyinlə düşün.Beynin sevsin.Ruhun qalxsın göylərə rəqs etsin,cismin gülsün,Unut hər şeyi bir mərkəzli yanaş.Sərhədləri qır.Gülüşünlə həyat bəxş et...Bu sənin fərqliliyin olsun.
Göy qurşağı kimidir insan.Hər bir anın öz rəngi var.Hər bir rəngin öz mənası,öz hekayəsi,öz iradəsi vardır.İnsan hər rəngdə müxtəlifdir.Bu yaradılışın bəxş etdiyi ən böyük fərqliliyidir.Hər fərqlilikldə fərqli sevgilər var... Allah sevgisi,Peyğəmbər sevgisi dediyim kimi Sevgilər müxtəlifdi.Öz iradəsi ilə düşünülmüş və dərk edilmişdir.Sorğulanmayacaq qədər qiymətlidir sevgilər.Mənim üçündə sadəcə “Fiolena Sevgisi” var... Müqəddəs məbəd kimi qoruduğum və ibadətini gecikdirmədiyim Sevgim.Xoşbəxtliyi tapdığım qibləgahım...

Fiolena Gözəl güllər vardır,qoxuları ilə məst edər insanı,elə bir qoxu kimi bədəninin hər zərrəsində hiss edərsən onu,qorxarsan itirməkdən,qoruyarsan...Başqa heç kimi məst etməsini istəməzsən.Uşaq kimi əzizləyərsən...Könlünü alarsan... Sevərsən onu bir ev kimi.İstiliyi sarar bütün dünyavı.Yoxluğu soldurar səni.Sonunda itirməmək üçün ölərsən... Və hər zaman xöşbəxt olarsan.