(Sondan Başlanğıca sözlər)
Onun istədiyi sadəcə xöşbəxtlik idi...
Sevinirdi,çünki
ürəyi daha tez-tez döyünürdü.Gülmək,həyatı sevməyə başlamışdı.Sanki yenidən həyata
gəlmiş,ölümsüzlük şərbətindən içmiş və mümkünsüzlük anlayışını silmişdi.Ruhu
sakitləşirdi,anlamaq və anlamamaq,bəzənlə başlayan cümlələr olmayacaqdı artıq həyatında.Sirrini
paylaşmırdı,qorxurdu,yenədə qorxur.Başqa cürə fikirləşirdi.Daha fərqli daha təmiz.Məqsətsiz
yanaşma və sözlə etiraflar etmək istəmirdi.Pozitiv bir enerjisi vardı.İnsana həyat
bəxş edir ”Gülüşü” deyirdi.Gözəl və sadəcə gözəlliklə bağlı düşünürdü.İylənmiş
sətirlərdə buraxmışdı köhnə fikirləri.Dəyişilməyə qərar vermişdi.Yeni bir
başlanğıc adlandırırdı.Yeni bir həyat adlandırırdı... Onun adı “Fiolena” idi.
Beyni ilə sevməyi,ürəyi ilə hiss etmək istəyirdi...Bəlkədə bu onun sonu
olacaqdı.
Bütün sevgi
hekayələri eynidir demiş dahilər.Eyni dəstxətt,eyni tipik cümlə
oyunları,gözəl sözlərlə bəzədilmiş innotasiyalı qafiyə və bir biri ilə
harmoniya təşkil edən Cümlələr...Hər kəs yazdığını ideal götürülməsinə
çalışmışdı.Sevgini anlatmaq üçün yazmaqdan daha çox hiss etməyi unutmuşdular
ama.Fiolena dan yazmaq mənim hisslərimlə rəqs kimidi.Gözəl rəqsə bənzəyir
“Fiolena”,onun haqqında düşünmək belə insanın içindəki ülvi qığılcımları alova
atır.Sevgi etirafı deyil Fiolena.Sevginin özüdür.Ölüm və yaşamın müdrikliyi ,hər
kəs “Fiolena” sevgi arzusudur.lənətlənmiş müqəddəslərin öz iyrənc qəlbləri ilə
yaratdığı geniş cümləli dua kimi səslənirdi sevgi hekayələri.Hər kəs yaradılış
olaraq bir şeyin sevgisini görmək istəyir.Hər kəsin bir sevgisi vardır.Sevgi
dediyim,qızla arandakı münasibətlərin sosiallaşması kimi nəzərdə tutulmasın.Fərqli
hisslərlə yanaş bu sözə.Fərqli bax.Baxış bucağını dəyişdir.Dəli kimi bax.Ağıllı
beyində sual çox olur.Rahatla.Ürəyinlə düşün.Beynin sevsin.Ruhun qalxsın göylərə
rəqs etsin,cismin gülsün,Unut hər şeyi bir mərkəzli yanaş.Sərhədləri
qır.Gülüşünlə həyat bəxş et...Bu sənin fərqliliyin olsun.
Göy qurşağı kimidir insan.Hər bir anın öz rəngi var.Hər bir rəngin öz mənası,öz hekayəsi,öz iradəsi vardır.İnsan hər rəngdə müxtəlifdir.Bu yaradılışın bəxş etdiyi ən böyük fərqliliyidir.Hər fərqlilikldə fərqli sevgilər var... Allah sevgisi,Peyğəmbər sevgisi dediyim kimi Sevgilər müxtəlifdi.Öz iradəsi ilə düşünülmüş və dərk edilmişdir.Sorğulanmayacaq qədər qiymətlidir sevgilər.Mənim üçündə sadəcə “Fiolena Sevgisi” var... Müqəddəs məbəd kimi qoruduğum və ibadətini gecikdirmədiyim Sevgim.Xoşbəxtliyi tapdığım qibləgahım...

Fiolena – Gözəl
güllər vardır,qoxuları ilə məst edər insanı,elə bir qoxu kimi bədəninin hər zərrəsində
hiss edərsən onu,qorxarsan itirməkdən,qoruyarsan...Başqa heç kimi məst etməsini
istəməzsən.Uşaq kimi əzizləyərsən...Könlünü alarsan... Sevərsən onu bir ev
kimi.İstiliyi sarar bütün dünyavı.Yoxluğu soldurar səni.Sonunda itirməmək üçün
ölərsən... Və hər zaman xöşbəxt olarsan.
No comments:
Post a Comment