Wednesday, 12 June 2013

Jevol

ilk İnsan dünyaya gəldi,sadəcə bir odundan heç bir fərqi yox idi...
Daha sonra Sevgini yaratdı Allah. Daha düzgün yaşaması üçün...
Sizə sahib olmaq istəklərinizin bəhrəsini görməyinizi istəyirəm dedi.Mənim verdiklərimlə Qovuşun dedi...Sizi də dəvət edirəm...
İlk öncə anlamadı insan.Sevmək nə idi???Bu nədi??
Sonra hisslər yarandı,qarmaşıq və qəliz.İnsan anlamağa çalışdı.Yenə anlamadı...
Sonra Qəlb yarandı.Bununla sev dedi...Sevgini bunda gizlət dedilər,paylaşma...İnsan yenə anlamadı
Sonra Gözlər yarandı. Bax dedi bununla sevginə,yadında saxla,Unutma...İnsan yenə anlamadı...
Sonra Əllər yarandı.Bununla tut dedi onu,istiliyini hiss et...İnsan yenə anlamadı.
Sonra Dodaqlar yarandı.Bununla öp dedi onu,hisslərin aydınlaşsın,ehtirasının sənə aid olduğunu anlasın...İnsan yenə anlamadı...
Ən Sonda Beyin yarandı...Bununla qavra dedi,Xəyalını qur... İnsan yenə anlamadı...

Vaxt keçdi...İnsan kamilləşdi.Həyat və yaradılışın önəmini hiss etdikdən sonra qarşısında yaranan sualların cavablarını tapmaq üçün çalışmağa başladı.Artıq yavaş yavaş anlayırdı.
Bir gün yenə qarşısına "Sevgi" çıxdı.
Düşündü..
Əslində bilməsi gərəkən nə idi???
İnsan Sevgisini Hisslərlə göstərməli,anlaşılmaz dildə,bəlkə bir az əxlaqsız görünər,görünsüz.heç düşünmə.Əxlaqsız ol.ama bildir sevgini.Hər kəsin Sevgi anlayışı bir deyil axı...
Beyniylə xəyalını qurmalı,Əlləri ilə tutduğunda gözləri ona baxmalı,bu anda sadəcə susmalı,dodaqlar danışmalı,ehtirasını və sevgisini hiss etdirməli...Qəlb bu atəşdən yanmalı...İnanmalı,Qorumalı.
İnsan necə oldu ki anlamışdı "Sevgi"ni??!! Axı nə dəyişmişdi???!!

O gün insan hər şeyi anladı... Çünki bugün o birini "Sevmiş"di.Adını verə bilmədiyi hisslərinin adı "Sevgi" idi...
İnsan Yaşamalı...Yaşamalı...Sevərək Yaşamalı... deyərək Bağırdı !!!


No comments:

Post a Comment