Monday, 16 July 2012

Xoşbəxtlik (1 insan)

Əllərini açdı.Gözündən yaş gəlirdi.Kədər və qorxu onu tanınmaz bir hala salmışdı.Ətrafına baxdı... Məsciddə ondan başqa 2 nəfər daha var idi. Sakitcə sözlərinə başladı...
-Allahım,sən məni sevmirsən...Bu sözü demək o qədər çətindir ki,ama deməkdən qorxmuram artıq.Çünki itirəcək bir şeyim qalmıyıb.Əlimdən hər şeyimi aldın.İndi deyəcəklərki bunların hamısı sınaqdı.Allah çox sevdiyi bəndələri belə sınaq edir.Mən artıq buna da inanmıram.Allah sevdiyi bəndəsinin əlindən xoşbəxtliyi almaqla onu hansı cür bir sınağa çəkir.axı deyilmirmi ki,o biri dünyada sizin bədənləriniz yox ruhunuz olacaq.Ruh axı hiss etmir.Mən necə xoşbəxtliyi hiss edəcəm?
Mən indi sənin mənimçün verdiyin bəxş etdiyinbu həyatı yaşıyram.əgər buna yaşamaq deyirlərsə.
Sən sevdiyimi aldın əlimdən.Sən balacalıqdan xoşbəxtliyimi aldın əlimdən.Sən Ana bətnində olarkən mənim qədərmi belə yazdın.axı o vaxt mən heç doğulmamışdım?bir hüceyrəyə niə bu qədər ağır həyat yüklədin?Mən sənə məni belə həyata düçar edəcək neyləmişdim?
Səni sevirdim.yadındadı?balacalıqdan əl açıb sənə yalvarırdım.
-ALLAHım mənə xoşbəxtliyi ver.
Ama böyüdükcə gördüm ki xoşbəxtliyim çüzi bir şeydi.və Sonludu !
Günahlarım var idi...bilirəm.ama 10 yaşlı uşaq hər gün (fələq,qulfallah,nəs və fatihə) bu 4 surəni yatamışdan qabaq oxuyub yatrdı ki,ALLAHı onu daha çox sevsin...
Mən səndən pul,var-dövlət istəməmişdimki?! Sadəcə xoşbəxtlik istəmişdim...Sən bunu mənə çox gördün ey ALLAHım
Zaman keçdi...Ya mən Öldüm.Yada sən Məni sildin...

Sən.... ey ALLAH....yenədə çox sağol...

Sözlərini dedi.Ayağa qalxdı.Gözündəki yaşda qurumuşdu.Əsasına söykəndi.Cibindəki şərab şüşəsini çıxartdı və Mesciddə qışqırdı :
-Buda sənin şərəfinə ALLAHım...mənə bu əlimdəki xoşbəxtliyi verdiyin üçün ...
Şərabı içdi...və getdi...

(məni bağışlayın)

Tuesday, 10 July 2012

Lənətə Gəlmiş Müqəddəslər

Bəzi insanlar hər şeyi "Din"də axtarırlar...
Hər şeyi "Din"də axtaranlar - Dünaynın yaranmasından başlıyaraq,demək olarki hər şeyi Dinlə əlaqələndirirlər.Çox dayaz düşünmə qabiliyyətlərinə malikdirlər.Onlarla söhbət etmək və onlarla bir mövzuda fikir   yürütmək qeyri mümkündü.Bütün söhbətlərinin sonu Allahdır.Elmi mövzuda diskussiya imkansızdır.Cəhd belə etməyin.Həddindən artıq agressivdirlər.Sizin düşüncələrivizə və ya sizə "Alçaq" gözüylə baxa bilərlər.Heç qorxmadan sizi "Kafir" adlandırarlar... amma...
-Həmin bu insanlar bilmirlərki onların Allahsızlıqla ilk tanışlıqları 6cı sinifdə olub.İlk Coğrafiya dərsliklərindəki "Kant və Laplas Nəzəriyyələri" ateizm(Allahsızlıq) lə bağlıdır.Onların "Big Bang(Böyük partlayış)" nəzəriyyəsidir.
Bir müsəlmandan soruşdum:
-Allah hər kəsi bütün bəndələrini sevirmi??
-Hə
-Bəs onda sizin deyiminizlə Allah öz yaratdığı yəhudi xalqını niyə "lənətlənmiş" adlandırıb?
-Onlar yollarını azıblar!
-Bəs yeni dünyaya gələn və ya 3-4 yaşındakı yəhudi bir uşaq niyə lənətlənmiş olmalıdır?axı onun nə günahı var.
-...
Allah hər kəsi eyni cürə sevirsə onda niyə bucür təzadlar var? Daha doğrusu Dinimizdə...
Niyə görə "şəriət qanunu" adı altında insanlara işkəncə verir.Onları kranlarda asıb şəhərlərdə gəzdirirlər? Bu hansı dində var axı? Qurani-Kərimdə yazılımıyıb ki "Allahın verdiyi canı ondan başqa heç kim ala bilməz!"
Bəs bu təzad deyildə nədi?
7 yaşlı uşaq ac olduğu üçün "çörək oğurlayıb" deyə həmin körpənin qolunu kəsmək nədi? hansı dindi? hansı şəriətdi?
Bir video görmüşdüm... "Aşura günü zamanı 5 aylıq bir körpənin başını qılıncla bir balaca kəsirlər.Uşağın göz yaşları dayanmır.Heç tənziflə sarımırlarda.Deyirlər : "Qoy axsın,Savabdı!" Axı bu necə insanlıqdı axı.Necə ola bilər ki "humanist din"də bucur qaydalar olsun !
Bu aralar hər kəs müqəddəsdir.Bütün ziyarətlər.
Uşağım Universitetə girsin "filan" ziyarətə nəzir verəcəm.Uşağın oxumasın,avara-avara gəzsin.Ziyarət olur istəyir orda yatanda dirilsə o Uşaq Universitetə girmiyəcək.
Ağrayan yerlərini daşlara sürtənlər var.Bu hansı psixologiyaya uyğundu?hansı düçüncə tərzinə uyğundu?
Daş sürtməklə insanın ağrıları sağalar...
Nəzir qutusuna pul atmaqla sənin duaların keçər? Bəyəm Allaha rüşvət vermək deyil bu?
O pulu ora atmaqdansa bir kasıba əl tutmaq,bir ac insanı doyuzdurmaq daha yaxşı olmaz?
İnsanlar batıl inanclardansa niyə reallıqlara can atmırlar?
İndi bunların cavabını siz verin...
Ola bilərki mən çox şeyi hələ tam dərk etmirəm amma insan gördüyü reallığa inanarda.düz deyil?
Nəzərinizə çatdırımki mən "Ateist" deyiləm !

Sunday, 8 July 2012

Boşluq

Səhər gözlərimi açdım və ətrafa baxdım.Gecə çox içdiyim üçün ağzımda xoşagəlməz qoxu və bəlğəm var idi.
oyandıqdan sonra ilk iş saata baxdım.Gecikirdim... saat 01:40
Ama hara gecikdiyimi bilmirdim.Sadəcə istədiyim tək şy yataqdan qalxmaq idi.Əslində durmaq da istəmirdim.Havaya baxdım həmişəki kimi günəşli pis bir hava.Göydə tək bulud yox.Hirsləndim.Bugünümündə sıxıcı olacağını düşündüm.Yanılmırdım...Yemək yedim və küçəyə çıxdım.Hər kəs öz işinin dalınca.Bir neçə ərgəndə qız dalınca gedir.Məndə onlardan araməsafəsi buraqmaq şərti ilə izləməyə başladım.Mənə Lazım olan yerə çatdım.Durdum.
Əlimdəki siqaretdən bir qullam alın yerə atdım.Üz üzə gəlmək qorxusunu hiss etməmək üçün qaçdım.
Bu arada Hava tutulurdu.Narın yağış damcılamaya başladı...
Elə bu anda bu mənasız yazı bitdi.

Friday, 15 June 2012

Etiraz'izim (1 hissə)


Bir Filmdə görmüşdüm.deyirki həyatda hər şeyə qadağa qoyulmalıdı.Nə qədər düzgün bir ifadə kimi səsələnməsədə məncə son illərdə baş verən hadisələr belə deməyimə əsas verir.Çünki elə bir şərait yaradılıb ki düşüncələrin bolk ediliyi,gözıərin bağlandığı,ağızların tıxandığı bir cəmiyyətdə yaşamaqda getdikcə çətinləşir.
1.İlk öncə başlayaq düşünməməyə.Düşməyəmi çalışdın?? 1000 manat.O düşüncənlə layihəmi fikirləşdin??? 1500 manat.O layihəni həyata keçirmək üçün vasitəmi aradın??? 2000 manat.O layihəni həyata mı keçirdin??? "Boş Söhbətdi" :)))) içindəmi qaldı??? :)))
2.ci Din azadlığı.Ətağa ya inanmamaq - 200 manat.Onu ələ salmaq - 300 manat. Müsəlman olmamaq - 500 manat.Qazandığın və itirdiyin??? "Heçnə" :)))
3.cü Sex.Qızmı düşündün??? 2000 manat? bu qızla sevişməkmi düşündün?? 2500 manat.  bu qızla Sexmi düşündün??? 3000 manat ... Bizim oğlanlar bankrot olar.başda mən olmaqla :)))

waiting....

Thursday, 31 May 2012

Azad deyiləmsə əgər,bu dünyanı neylirəm?

Biraz yorğun düşüncə,qəm içində gəzirəm
Suallarım çox olsada sakit durub içirəm
Yeri gəlsə bu dünyanı nəyi var söyürəm
Azad deyiləmsə əgər,bu dünyanı neylirəm?

Savadım yox,pulum varsa igidəm
Danışmağa haqqım yoxdu ölüyəm
Gözüm bağlı heç bir şeyi görmürəm
Azad deyiləmsə əgər,bu dünyanı neylirəm?

Daydayın varsa əgər sən üçün gülərlər
Sənin üçün lazım gəlsə səcdəyə də gedərlər
Məndə baxıb bu tiplərə,qıraqdan gülərəm
Azad deyiləmsə əgər,bu dünyanı neylirəm?

Mən bilmirəm güclü sözü,qafiyəni
Mən bilmirəm satqın olan Dahiləri
Mən bilmirəm satılmış sevgiləri
Durub qıraqda,Pivəmi içərəm
Azad deyiləmsə əgər,bu dünyanı neylirəm?

Yanlış sözdə düzgün məntiq seçirəm
Mənə baxıb gülənlərə,gülürəm
Lazım gəlsə sözümü də deyirəm
Azad deyiləmsə əgər,bu dünyanı neylirəm?

Zaman keçir,yaşamdan ömür gedir
Heyat sönür,insan oğlu yol seçir
Düzgün gedirəmsə əgər,sürətlə gedərəm
Azad deyiləmsə əgər,bu dünyanı neylirəm?

Satqın kimi min cildlərə girmirəm
Ətağanı özümə allah bilmirəm
Din adıyla özümə İmam demirəm
Azad deyiləmsə əgər,bu dünyanı neylirəm?










Wednesday, 30 May 2012

Azadlıq Etirafı

Yazılarımda düzgün və səlis söz ardıcıllığı olmadığı məlumdu.Çünki qrammatikanı gecle bilmirəm və o qədər də çox fəlsəfi və ya elmi biliyim yoxdu.Yazı Yazarkən bir şey məni narahat edirdi həmişə "kimisə incitmərəmki bu yazımla?".Ancaq son zamanlarda belə şeyləri vecimə almadığımı hiss edirəm,küfür etməyim çoxalıb,insanlara qoz qoymama halları çoxalıb və düşüncəsizcə hərəkətlərim pik nöqtəyə çatıb,Bu məncə yaxşı haldı nə qədər də gec olsa bunu dərk etmişəm.Standart geyimli qaqaşlardan deyiləm.yaltaq və götədirəndə deyiləm.
qıraqdan insanlar baxır və məni sadəcə "GİC"adlandırırlar və ya etdiyim hərəkətləri "DÜŞÜKCƏ"hərəkətlər adlandırırlar.
Mən 2 aya yaxındı "Dalğa GH" na qoşulmuşam.əminəm ki azadlığımı tapmışam amma mənə çatmır ki mənim azad olmağım niyə başqalarını narahat edir???
İki cəmiyyət arasında qalmışam."Mentalitetperest Köhnə düşüncəli Qaqaşlar" və "Azadlıq tərəfdarı Gənclər"
Mən Müxaliftçi deyiləm.İqtidarda deyiləm.Mən Çevriliş eləmək istəmirəm.Mən həyatımı yaşamaq və istədkilərimi həyata keçirmək istəyirəm.Yaxınımda olan hər kəs məni elə bil məndən daha çox istiyir.Dalğa da siyasi işlərdə olduğumu belə düşünən var.
Mən Dalğa GH na üzv olduöum gündən "ictimai əlaqələr kordinatoruyam" yəni İdarə Heyətinin içindəyəm.
Bugünə kimi heç bir dövlət əleyhinə aksiyaya getməmişəm ya daki Müxalifətin əkeyhinə olmamışam.Mən Bitərəfəm və sadəcə qıraqda durmuşam.Getdiyimiz aksiyaların mahiyyətini bilmədən insanlar suçluyurlar məni.və mənə deyilən və məni bezdirən söz "sənəmi qalıb?" Bəli mənə qalıb.
Sənin başına hadisə gəlsə və heç kəs heçnə etməsə buna necə dayanarsan?!
Mən Dalğa da Azadlığımı tapdım.nə qədərki gəncəm Mən Dalğaçıyam ! Məni Yaltaqda adlandıra bilərsiz,məni satqında adlandıra bilərsiz və mən qədər özündən razı və dünya görüşümün geniş olduğunu zənn edən bir adam ora düşdükdən sora gördümki,mən danışsam ən azından qıraqdakı üçün maraqsız olar.olar.Çünki orda həqiqətəndə savadlı,dərrakəli gənclər var.Dalğa Mənasız insanların yeri deyil.
M.Ə.Rəsulzadənin dediyi Azadlıqı mən "DALĞA" da tapdım.çox sağol Rasim məni gətirdiyin üçün.
Özünə qür duy falan :) çox sağolun ... öpürəm :*

Tuesday, 24 April 2012

BioBonos



BioBonos Filosoflar kimi düşündüyünü zənn edən ağılsız insanlara soxmaq üçün uydurduğum bir Şeydir (things).Bayaq 2 bakal pivə içmişəm və pivənin hər qurtumunda hiss elədiyim kayf bəlkədə yüksək temple sikilmiş bir qadında hiss eləməzdim.Özümü zəif hiss elədim.və aciz.Sonra dayandım və fikirləşdim.
Öz özümlə söhbət elədim...
+sən kimsən?Özünə gəl.Sən,sən deyilsən !!! haaayt  ! uleeeeeeeeeen ...whatda fuck dedim. !
Susdum.Cibimdən Siqareti çıxartdım və Yandırdım... Dərin düşünən insanlar kimi əlimi alnıma qoydum və yuxu basdı.Əynimi soyunub yatıram....
Yatmadan öncə sizlə məzələnmək istədim.Mən içmişəm və xoşbəxtəm.
və sən bunları tərsinə başa düşəcək qədər dərrakəsizsən.
Bu da bir Paradoksdu... və güclü olanın cəmiyyətdə yaratdığı düşüncə mərkəzi məni səni idarə etməyə şövq edir...
Mami AMcikindize demişkən : - Həyat içki kimi axıcı,siqaret kimi öldürücü,yalan kimi qəddar və Sex kimi Gözəldir !
(Bunuda içirəm bütün geridə qalmış mədəniyyətlərin sağlıqına) !!! hooooeeeep !
Sizi Sevirəm :*



Monday, 23 April 2012

Mitofost və ?!



Mitofost - sadə görünən dərin düşündüyünü zənn edən ağıllı insan ın son qalığıdı.Mahir Yalançı,hazırcavab və çox güclü hisslərə malikdi.İnsanlara təsiri güclüdü.İstədiyi cəmiyyət tipində özünün aparma qaydasnı yaxşı bilir və realistdir.Heç kimlə pis düşmür və heç kimin qiybətini eləmir.Dindardır.ama Özünə sərf eliyən cürə.
Söyüşgəndir.içəndir.İçib,Özünü itirmiş kimi göstərib söz oyunu ilə insanı ifşa edəndir.Dəqiqdir.Ciddiyət və Gülüşlə ahəng yaradıb.yeni bir üz cizgisi.Yaradıcıdır.Bir neçə baxış və düşüncə tərzinə malikdir...
Son olaraq Mitofost "Yalnızdır"... Sevmək ona görə deyil.... Sadəcə xoşu gələn qadınlara "sex" obyekti kimi baxır...və qadınlarada fikirlərini deyir.Xoşu gəlmiyən  qadınlardan uzaq gəzir.
Əgər Mitofost "Sevərsə" bu onun SONudur...(Mitofost - əslində Bir düşüncə Tipidir )

Arzular və reallıqlar əks cəmiyyətlər kimidi ...Nə qədər reallığa can atsanda içindəki pessimist sənə mane olacaq!
və cəmiyyətdə güclü mövqen üçün sənə Daş kimi ürək və kompleksiz beyin lazımdı...

#Mitofost nəzəriyyəsi,Ⅶ hissə 



©  İ.m.a.m.o.f.f

Sunday, 8 April 2012

Mənim "Romantik"am !

Cümlədəki am hissəciyinin qıraqda yazılması sizin üçün pis bir şeyi ifadə etməsin...ifadə etsədə olar "My kozomaki"
Romantika sevgi və sevgi ilə bağlı bir şey olduğuna görə məndə sevgidən gücü başa düşdüyüm üçün belə bir yazı yazmaq qərarına gəldim.
Romantika - Qız və oğlanın Sexdəki həzzlərini artırılması yönümündə aparılan bir şeydi.
Romantik bir havanın yaranması üçün 3 şey kifayət edər

1.Siqaret
2.İçki (pivə və ya Şərab)
3.Həzin Musiqi
Sonra da ... (3 nöqtə)
Sadəcə Romatik sevişmə zamanı super həzz olur və onlar ehtirasdan maximun istifadə edirlər.
Əslində belə aydın olur ki Sex olduğu yerdə Həyat var ! Hər şey var !
Amma ən maraqlıdısa budurki bu həzz sadəcə olaraq bir müddətlik olur və bir müddətdən sonra yenidən "Odunlaşma"ya doğru gedir.
Sonra yenə kayflar qalxan kimi,Sexdən öncə gijdıllax şeylər eliyirlər...adınıda qoyurlar Romantika...
Son olaraq. " Mən Abaza deyiləm ! :)))